Haqqımızda

 

 

Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində hazırlanıb.

Qərbi Azərbaycanın irsi mövzusu Qərbi Azərbaycanla bağlı həyata keçirilən fəaliyyətlərdə xüsusi önəm daşıyır. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin tərkib hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.

Bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanır. E-bazada müxtəlif kriteriyalar üzrə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-yə yaxın  maddi-mədəniyyət abidəsi haqqında məlumat işlənilərək bazaya daxil edilib.

 

LAYİHƏ KOMANDASI

 

Cəsarət Hüseynzadə

Layihə rəhbəri: Cəsarət Hüseynzadə, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri.

 

1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq jurnalistika” sahəsi üzrə 1999-cu ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini bitirib.  Vətəndaş cəmiyyəti, ictimai iştirakçılıq və media sahəsində fəal şəkildə fəaliyyət göstərir. 

Cəsarət Hüseynzadə, həmçinin QHT.az və ictimaishura.az kimi vətəndaş cəmiyyətinin inkişafına və ictimai iştirakçılığın artırılmasına böyük töhfələr vermiş bir sıra uğurlu layihələrin müəllifidir.

 

 

 

Layihə eksperti: Əfqan Vəliyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri.

 

1974-cü ildə anadan olub.1992-1996-cı illərdə dövlət xətti ilə Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin Sosiologiya fakültəsində təhsil alıb. 1999-cu ildə magistr dərəcəsini, 2004-cü ildə isə sosiologiya elmləri doktoru elmi adını alıb.

Qərbi Azərbaycanla bağlı müxtəlif layihələrdə ekspert kimi fəaliyyət göstərmiş, bu mövzuda müxtəlif araşdırmaların və kitabların müəllifi və həmmüəllifidir.