- Tarixi
- 1971-ci il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonunun Sarıyaqub kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis, Sarıyaqub kəndi isə 19.04.1991-ci ildən Çaxkadzor adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlı əhalinin zorla köçürülməsindən sonra türbə ermənilər tərəfindən dağıdılıb, yerləşdiyi qədim qəbiristanlıq ərazisində xarabalıqları qalıb.
- Məlumat
Abbasəli Əhmədli türbəsiSarıyaqub kəndindən bir az aralıda və böyük Qaraqoyunluya və Kəlbəcərə gedən yolun sol tərəfində, təpənin döş tərəfindəki qəbiristanlıqda yerləşirdi. Abbasəli Əhmədli Miskin Abdal soyundandır. Miskin Abdal Abbasəli Əhmədlinin ulu babası olub. O, 1913-cü ildə doğulub. 1941-1945-ci il Vətən müharibəsində iştirak edib. Vətən müharibəsində bir neçə dəfə yaralanıb. Göyçəyə qayıtdıqdan sonra Canəhməd, Sarıyaqub, Daşkənd və Şorca kəndlərində mühasib işləyib. Abbasəli bəy yaşadığı və işlədiyi ərazilərdən başqa həmçinin Qaraqoyunlu və Qayabaşı kəndlərində də böyük hörmət və nüfuz sahibi olub. 1970-ci ildə vəfatından sonra kənd ağsaqqalları və tayfa nümayəndələri nüfuzuna və seyid soyunu təmsil etdiyinə görə Abbasəli Əhmədliyə Türbə tikilməsi təşəbbüsünü irəli sürüb. Kənd camaatının maddi dəstəyini qəbul etməyən həyat yoldaşı Kafiyə Məmmədqızının (Kafiyə Məmmədqızı toyunda ona hədiyyə edilən zıvnısını və bel kəmərini satıb türbə tikdirib. Zıvnı–arxalıq adlanan üstü qızıl pullar olan geyimdir) pulu ilə Məhəmməd usta tərəfindən Abbasəli Əhməd oğluna atasının türbəsi yanında türbə tikilib və ora dəfn olunub. Türbənin eni 3,5–4 m, uzunluğu 4,5 m, hündürlyü 2,3 m civarında, türbə damının hündürlüyü isə 1,5–1,6m civarında olub. Türbə bölgənin məşhur Subatan və Türkiyədən gətirilən qara kəbir daşından tikilib. Tikilinin başında ay ulduz var idi.[i]
Erməni idarəçiləri azərbaycanlı əhaliyə məscid tikməyə icazə vermədikləri üçün hörmət və etibar sahibi şəxslərə türbə tikilir və bu türbələr mərhumun yaxınları, tayfa nümayəndələri və hörmətini qazandığı insanlar tərəfindən ziyarət edilirdi.[i]Arifə Əhmədli, Bərxudar Əhməd oğlunun nəvəsi, Abbasəli Əhmədlinin qızı. Gəncə Dövlət Universitetinin dosenti, siaysi elmlər üzrə fəlsəfə doktorunun 30–31.10.2022–ci ildə verdiyi məlumat əsasında
