- Tarixi
- V-VII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Yeni Bayazid qəzasının, Qaranlıq rayonundakı Abdalağalı/ Görücüörən kəndində
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu–Martuni, Abdalağalı/ Görücüörən–3.1.1935-ci ildən Vağaşen adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Abdalağalı kəndi ərazisində yerləşən qala uçub dağılsa da V-Vll yüzillərə aid qala bürclərinin qalıqları ərazidə 1988-ci il deportasiyasına qədər qalmaqdaydı.[i]
[i] Salman VİLAYƏTOĞLU, “Oğuz Elinin müqəddəs ocağı:GÖYÇƏ” / Salman VİLAYƏTOĞLU – Bakı,,2006.–S.118–119
- Məlumat
Abdalağalı kəndi ərazisində yerləşən, 1988-ci il deportasiyasına qədər toxunulmamış qalan və türk memarlığı nümunəsi olduğu heç bir şübhə doğurmayan V-Vll əsrlərə aid qala bürclərinin qalıqları var idi. Toponim türkmənşəli abdal etnonimi[i] əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[ii]1728-ci ildə təsdiqlənən və hazırda Türkiyə Respublikasının Baş nazirlik Arxivində saxlanan “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində kənd əzəli adı ilə, Görücüörən kəndi kimi təqdim olunmuş və onun sultan xəzinəsinə illik vergisinin 5.210 ağça həcmində müəyyənləşdirildiyinə dair qeyd aparılmışdır. Elə kəndin əzəli adının – Görücüörən toponiminin özü də əslində çox mətləblərdən, bu obada xüsusi təlim görmüş sufi dərvişləri ordeninin, yəni gələcəkdən xəbər vermək qüdrəti ilə seçilən insanların, görücülərin olmasından; yaxud da kəndin sufi dərvişlərinin ən ali tituluna, yəni Abdal rütbəsinə layiq görülmüş konkret şəxsə məxsusluğundan xəbər verir. 1828-ci ildə yeni yaradılmış erməni vilayətinin tərkibinə daxil edildikdən sonra isə məhz toponimin aradan qaldırılması, “abdal” kəlməsi kimi qədim bir kəlmədən yaxa qurtarmaq üçün rəsmi sənədlərdə kəndin adı təhrif edilərək “Əbdiilağalı” kimi yazılmışdır. İ.Şopenin tərtib etdiyi siyahılara əsasən 1831-ci ildə Abdalağalıda 532 nəfər türk yaşamışdır. Abdalağalı toponimi isə Ermənistan SSR Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə dəyişdirilərək, “Vağaşen” adlandırılmışdır. 1937-ci ildə isə Abdalağalının türksüzləşdirilməsi siyasəti dövlət səviyyəsində həll olundu. Kənddə olan 27 türk ailəsi kolxoz quruluşunun əleyhdarı olan xalq düşmənləri qismində Qazaxıstanın Cambul vilayətinə sürgün edildilər.
1826-1828-ci il Rusiya–İran müharibələri zamanı Abdalağalı kəndi bir neçə dəfə əldən–ələ keçmiş və hər dəfə də yandırılmışdır.[iii]
Abdalağalı kəndində Oğuz türkləri tərəfindən inşa olunan qalanın əhalinin işğal və qarət məqsədli hücumlardan qorunmasında əhəmiyyətli rolu olub. Qalanın tikilişi və memarlıq üslubu Azərbaycanın qədim mədəni irsi olduğunu göstərir.
