Abduləsər ocağı
İrəvan şəhərindən 125 km cənub-şərqə tərəf aralı olan Qaranlıq kəndinin günbatan səmtində, 2 km kənarda, açıq təpə-dağ üstündəki gölün yanında.
Qaranlıq kəndi – Geğhovit.
Memarlıq
1988-ci ildə azərbaycanlıların tarixi torpaqlardan deportasiyasından sonra, ziyarətgah ermənilər tərəfindən mənimsənilib və erməni ziyarətgahı kimi göstərilir.
Ocağın ətrafında qədim qəbiristanlıq var idi. Qəbir olmasa da, ətrafı dağılmış çay daşları ilə əhatələnmiş, toparlanmış bu ziyarətgaha ətraf kəndlərin (Körpükənd, Çidəmli, Xosrov...) camaatı ilə yanaşı, haylar da gəlib, üstündə ancaq xoruz kəsərdilər. Azərbaycan və müsəlman-türk dünyasının ruhsal-irfan ocaqları kimi Abduləsər ocağı da tarixi torpaqlardakı Azərbaycan mədəni irsinin nümunəsidir.