- Tarixi
- E.ə XVII-XVI yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı indiki Sevan şəhərindən təxminən 7–8 kilometr şimal–şərqdəki Adaqala kəndində
- YerləşməHazırkı toponim
1842-ci ildə Yelenovka–1935-ci ildən Sevan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Kənddən azərbaycanlı izlərini silmək üçün kənd ləğv olunub. Məbədin xarabalığı 1988-ci il deportasiyasına qədər qalıırdı.
- Məlumat
1723-cü ildə səfəvilərlə döyüşlərdə qalib gələrək Göyçə hövzəsinə tam nəzarət imkanı qazanmış osmanlıların tətbiq etdiyi inzibati bölgüyə əsasən Adaqala (Adahünər–Adahülək–Alağək) İrəvan əyalətinin Dərəçiçək nahiyəsinin inzibati idarəçiliyində olmuşdur. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftərinin 11-ci səhifəsində kəndin adı “Adağələk” şəklində qeyd olunub. 1930-cu ilin sentyabr ayında sovet hakimiyyətinin apardığı rayonlaşdırma bölgüsü zamanı Adaqalanın coğrafi mövqeyi Sevan rayonunun ərazisi kimi təsbitlənib.[i]
Qriqorian kilsəsi kimi restavrasiya edilmiş, erməni tarixçilərinin özlərinin eramızdan əvvəlki XVII-XVI əsrlərə aid etdiyi məbəd qalırdı. Bu maddi sübutlar həmin ərazidəki kəndin azı 4000 illik tarixi olduğunu göstərir.[ii]
Göyçə kəndlərinin siyahısından çıxarılmış, qədim türk obalarından biridə Adaqaladır.
