- Tarixi
- IX-X yüzyıl
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Talın rayonundakı Adıyaman kəndində
- YerləşməHazırkı toponim
Adıyaman kəndi–12.11.1946-cı ildən–Qarnhovit
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Adıyaman qədim orta yüzil evlərinin çoxu 1988-ci ildə Azərbaycanlıların kütləvi deportasiyasından sonra ermənilər tərəfindən sökülüb. Hal–hazırkı dövrdə bir neçəsinin xarabalığı qalıb. Ermənilər tərəfindən mənimsənilib, qədim erməni evləri kimi təqdim olunur.
- Məlumat
Adıyaman kəndində orta yüzilə aid evlərin qalıqları və xarabalıqları kəndin ərazisində qalırdı. Evlərin tikintisində dördkünc kəsilmiş daşlarla yanaşı müxtəlif növ qaya və çay daşlarından istifadə edilib. Evlərin eni 3,5–4 metr, uzunluğu 3–3,5 metr, hündürlüyü isə 2,5–3 metr civarında olub. Azərbaycanlıların inşa etdiyi evlər yan–yana tikilmiş çox sayda tikilidən ibarət idi. Divarların eni 70–80 sm qalınlığında idi.[i]
Toponimin mənası məlum deyil. E.ə. VIII əsrdə Urartu çarlarının yazılarında indiki Ermənistan ərazisində Aydaman "ölkə" adı çəkilir. Həmin toponimin Adyaman adı ilə mənşəcə eyniliyi qeyd olunur.[i]
[i] B.Budaqov, Q.Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı,1998
[i] https://www.facebook.com/photo/?fbid=385690014840468&set=a.104868492922623
