- Tarixi
- XIX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngibasar mahalı Uluxanlı yaxınlığındakı Ağadədə qəbiristanlığında
- YerləşməHazırkı toponim
Uluxanlı–1950-ci ildən Masis
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Britaniyalı səyyah–fotoqraf Qurdip Mattu Zəngibasar mahalının Uluxanlı qəsəbəsi ərazisindəki Ağadədə ziyarətgah məzarlığında olub, onun 2021 avqust ayında çəkdiyi fotolardan məzarlığın demək olar ki, tamamilə dağıdıldığı–arxa tərəfdə 1.5 metr, yan sağ və sol tərəfdə isə 1 metr civarında divar qalıqlarının qaldığı müşahidə olunur.[i]
[i] https://news.milli.az/society/975033.html
- Məlumat
Ağadədə məscidi Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında yerləşirdi. Qarasu çayının kənarında olduğu üçün tarixi Ağadədə qəbiristanlığındakı məscidin tikintisində çay və qaya daşlarından istifadə olunub, üzü isə ağ torpaqla suvanmışdı. Məscid təxmini hesabla 5 metr eni, 8 metr uzunluğu və 3,5 metr hündürlükdə idi. Məscid dəfn mərasimləri və müsəlmanlara aid dini bayramlarda daha qələbəlik olurdu. 1988-ci ildə ermənilər azərbaycanlı əhaliyə qarşı soyqırım törətmiş, vandallıq və vəhşiliklər göstərərək, bir neçə yüzillik tarixi olan azərbaycanlılara aid maddi–mədəni abidələrin bir çoxunu məhv etmişdir. Bu vandallıqdan Ağadədə məscidi də nəsibini almış, məscid yandırılmışdır.[i]
Ağadədə qəbiristanlığındakı məscid İslam mədəni irsin və dini kimliyin nümunəsi olmaqla yanaşı, xalqın mənəvi dünyasına xitab edən abidə olması baxımından əhəmiyyət kəsb edir.
[i] https://news.milli.az/society/975033.html
