Əsas şəkil

Ağadədə qəbiristanlı¬ğında Ocaq–günbəz

Tarixi
XIX-XX yüzil
Yerləşmə
Əvvəlki toponim

Zəngibasar ma­ha­lı­, Uluxanlı ətra­fında Həbil­­kənd, Se­yid­kənd, Sar­­van­lar kənd­­lə­ri­nin əhatə­sin­də, Qulucan   kəndinin ya­xın­lığındakı Ağadədə qəbi­ristanlı­ğında

Yerləşmə
Hazırkı toponim

Uluxanlı–1950-ci ildən Masis

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1988-ci ildə az­ə­r­­bay­ca­nl­ı­lar­ın de­por­­­tasi­ya­sı­n­­dan sonra er­mə­­ni­lər tərəf­in­dən yandı­rı­lıb. Yarı–uçuq və­ziyyətdə xa­rabalığı qalıb.

Məlumat

Qarasu çayının kənarında Ağadədə qə­biristanlığındakı günbəz qırmızı tuf daş­dan tikilib. Oval formalı memarı quru­lu­şu olan günbəzin hündür tavanı və ətrafı qırmızı kirəmitlərlə örtülüb. Böyük qa­pılı günbəz 1988-ci ildə azərbay­can­lıla­rın kütləvi deportasiya­sın­dan sonra er­mə­nilər tərəfindən yan­dırılıb. Günbəzin 07.08.2013-cü ildə çəkilən video görün­tüsündə üst hissə­sinin daha çox zərər gördüyü və sağ yan tərəfin bir hissəsinin uçub-dağılmış vəziyyətdə olduğu gö­rünür.[i]Britani­yalı səyyah–fotoqraf Qur­dip Mattu Zəngibasar mahalının Ulu­xanlı qəsəbə­sinin ərazisindəki Ağadədə ziyarətgah–məzarlığında olub. Fotoqrafın 2021-ci ildə çəkdiyi fotolardan[ii] mə­zar­lığın demək olar ki, tamamilə da­ğıdıldığı müşahidə olunsa da, günbəzin görün­tüsü fotolarda yer almayıb. Bu isə tamamən uçub dağıldığı yönündə fikir bildirməyə əsas verir.

Günbəz Ağa­dədə ziyarət­ga­hı kimi  əhali­nin sakral ina­nı­­şını təmsil edən di­ni–ir­fani, maddi–mə­­də­­ni abidə­dir.
 


[i] https://www.youtube.com/watch?v=9dGGuM–lDUU

[ii] https://news.milli.az/society/975033.html