- Tarixi
- XIX yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunun Xosrov kəndində.
- YerləşməHazırkı toponim
Vedi rayonu – 15.05.1968-ci ildən – Ararat
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ağaməmməd Məhəmməd oğlunun ocağı və eyni zamanda ziyarət yerinə çevrilən məqamı ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Xosrov kəndində yaşayan böyük din xadimi və irfan sahibi Ağaməmməd Məhəmməd oğlunun (1883-1978) sağlığında ocağı, vəfat etdikdən sonra məqamı Vedibasar mahalının ziyarət yerlərindən biri idi. Küsqayasu çayının yanında yerləşirdi
Toponim Xosrov şəxs adı əsasında yaranıb. Antropotoponim, quruluşca sadə toponimdir.
