Əsas şəkil

Ağavnavəng alban məbədi

Tarixi
XII-XIII yüzil
Yerləşmə
Əvvəlki toponim

Karvansarara rayonu, Tərsəçay sahilindəki Salah kəndində

Yerləşmə
Hazırkı toponim

Karvansara rayo­nu 09.09.1930-cu ildən–İcevan, Salah kəndi 03.04.1991-ci ildən–Ağavnavank

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Alban məbədi qismən yararlı yarı uçuq və­ziyyətdədir. Er­­məni abidəsi olmadığı üçün ermənilər tərə­findən təmir və restavrasiya edil­məyib, fə­qət mənim­sə­nilib və erməni abidəsi kimi təq­dim olu­nur.

Məlumat

Kənd ərazisində XI-XII yüzillərə aid azərbaycanlıların soykökündən olan türk–alban mənşəli müxtəlif qədim ta­rixi abidələr mövcuddur. Ağavna­vang alban-türk məbədi XII-XIII yüzillərdə inşa edilib. Dilican Milli parkının kə­narındakı hündür meşəlik ərazidə yerləşir[i]və dördkünc günbəzli forma­da inşa edilib. Məbədin divarları enli və tikintisində böyük qaya və çay daşlarından istifadə olunduğu üçün hal–hazırkı dövrə qədər qala bilib. Mə­bədin yuxarı dam  və günbəz hissəsinin üstünü ot və kol–kos basıb. Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış  Gəncə (Yeli­zavet­pol) quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər AXC ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cüm­hu­riyyə­tinin süqutundan sonra Qazax qə­za­­sın­da hərbi inqilab komitəsi yaradıl­dı. 29.11.1920-ci ildə Ermənistanda so­vet hökuməti qurulduqdan sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən, 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Kül­pi, Yeni Dilican, Köhnə Dili­can, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixay­­lovsk, Tatlıkənd, Tovuzqala kənd­ləri Ermənistanın tərkibində qaldı. Qazax Ağstafa Tovuz Gədəbəy Şam­xor rayon­larının Ermənistana verilmiş torpaqların­da  isə Karvansara (İcevan), 

Çəmbərək   (Krasnoselsk),  Şəmşəddil, 

Dilican rayonları yaradıldı. 1988-ci il­də­ki depor­tasiyaya qədər kənddə yalnız azərbay­canlılar yaşayıb.

Toponim qazax türk tayfasına mən­sub olan “sa­lahlı” etno­nimi əsasında formalaşıb.[i] Kənddə 1897-ci ildə, 184, 1904-cü ildə 56, 1914-cü il­də 64, 1916-cı ildə 72 nəfər an­caq azərbay­can­lı yaşayıb. [ii] 1918-1919-cu illərdə azərbay­can­lılar ermə­nilər tərə­fin­­dən soy­qırı­mına mə­ruz qala­raq deportasiya edilib. İndiki Er­­mənistan ərazisində So­vet hakimiyyəti qurulduqdan sonra azərbay­can­lıla­rın sağ qa­lan əhalisi tək­­rar kəndə qa­yı­dıb. Kənd­də 1922-ci ildə 80, 1926-cı il­də 90, 1931-ci ildə 112 nəfər azərbay­canlı yaşayıb.[iii] 
 


[i] Vəlili (Baharlı) M. Azərbaycan(coğrafi–təbii, etnoqrafik və iqtisadi mülahizat). Bakı, “Azərnəşir”, 1993, s, 37

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.32–33,116–117

[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.32–33,116–117


 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/6/65/Aghavnavank.JPG