Əsas şəkil

Ağbaba ziyarətgahı

Tarixi
XVIII–XIX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Şörəyel ma­ha­­lının Ağ­ba­ba bölgə­sin­dəki Ağ­baba dağının ən hündür zir­­vəsində yerləşir.

Yerləşmə
Hazırkı toponim

Ağbaba bölgəsi

Ağbaba bölgəsi – 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyəsi adlanmış, Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır.

Mənbə

  1. Ağbaba mahalı – Vikipediya 

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

1937-ci ilin ya­yından sər­həd möhkəm­lən-dirildiyi üçün Ağbaba ziyarətgahından xeyli aralı bir neçə yerdə sərhəd postu qoyulmuş,  bu­nunla da yerli əhalinin ziya­rətə gediş-gə­lişi qadağan olunmuş,  1956-cı ildən bu ərazi tikan­lı məftillərin arxasında qal­mışdır.

Məlumat

Ağbaba Ziyarətgahı

Ağbaba ziyarətgahı Ağbaba bölgəsinin ən hündür zirvəsində – Ağbaba dağında yerləşir. Ziyarətgah alçaq hasarla əhatəyə alınmışdı. Ziyarətgahdan xeyli aralıda, zirvənin qar-buz xəttinə yaxın, olduqca bol sulu “Ziyarət bulağı” çağlayırdı. İstər Ağbaba bölgəsinin, istər Çıldır, Qars, Axırkələk ellərinin adamları ziyarətə gəlir, qurban kəsir, ziyarətgaha nəzir qoyurdular.

Ağbabanın ən müqəddəs ziyarətgahı məhz “Ağbaba ziyarətgahı” sayılırdı.

Ağbaba ziyarətgahı bölgə əhalisi tərəfindən ən çox ziyarət edilən müqəddəs yer idi.

Ağababa / Ağbaba dağı. Hündürlüyü 2367 m. Türkcə “akbaba” – “qartal” deməkdir. Oronim “qartal dağı”, “qartallı dağ” mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.


Mənbələr

  1. Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, s.17. 

  2. Ağbaba dağı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb, 2007, s.304. ISBN 978-9952-34-155-3. 

Fotolar