Əsas şəkil

Ağbala–Xaç Alban məbədi

Tarixi
V-VI yüzil
Yerləşmə
Əvvəlki toponim

Karvansara rayonundakı Uzuntaladan qərbə doğru, Lələ kəndi ilə Uzuntala arasında qədim kənd yerində 

Yerləşmə
Hazırkı toponim

Karvansara ra­yo­nu–9.09.1930-cu ildən–İcevan, Lə­lə­kənd kəndi –25.l.1978-ci il dən–Vazaşen, Uzuntala kəndi–25.V.1967-cı ildə–Onut, 12.02.1969-cu ildən isə–Aygehovit  

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1988-ci ildə azər­baycanlı­ların oradan de­portasiya­sın­dan sonra Al­ban kil­səsi Er­mə­nistan döv­ləti tərəfin­dən təmir və res­tavrasiya edil­mədiyi üçün uçub dağılıb. İn­­diki dövrdə Ağbala–Xaç  kilsəsinin divarları qalıb.[i]
 


[i] Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.56

Məlumat

Uzuntaladan qərbə doğru, Lələ kəndi ilə Uzuntala arasında qədim kənd yeri var­dır. Orada ermənilər tərəfindən Ağbala–Xaç adlandırılan kiçik alban kilsəsinin divarları qalmışdır. Yanında sinə daşları təbii sal daşlarından hazırlanmış qəbiris­tanlıq var[i]. Alban və oğuz türklərinə məxsus qəbiris­tan­lıqda oğuz türklərinə məxsus 2–3 m hündürlüyündə sal daşla­rından hazır­lan­mış sinə daşları ilə yanaşı, digər türk mənşəli tayfalara məxsus qəbir­üstü at, qoç heykəlləri və san­duqələr mövcuddur. 

Alban kilsəsinin olduğu ərazi 1828-1830-cu illərdə baş ve­rən müharibələr nə­ti­cəsində da­ğı­dılan kənd­lər­dən olub. Azər­bay­can maddi–mədə­ni irsinin daşıyı­cı­ları olan maddi–mədəni abidələrlə zən­gin olduğuna gö­rə kənd bərpa edil­məyib və İ.Şo­penin siya­hı­sına   alın­ma­yıb. 
 


[i] Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.56