Əsas şəkil

Ağbulaq kənd mədrəsəsi

Tarixi
XIX yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­ha­lı Çəmbərək ra­yo­nunun Ağbulaq kənd­ində

Yerləşmə
Hazırkı toponim

Çəmbərək rayonu –31.12.1937-ci ildən Krasnaselo, Ağbulaq kəndi 09.04.1991-ci ildən Ağperek  

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Kəndin dini mə­­dəni irfan mər­kə­zi olan məd­rə­sə ermə­nilər tə­rəfindən məhv edilib.

Məlumat

Ağbulaq kəndi XIX əsrin ortalarından etibarən Göyçənin təhsil mərkəzlə­rin­dən biri kimi tanınırdı: Kənddə Sovet hakimiyyəti qurulmamışdan əvvəl burada dini və dünyəvi elmlərdən təhsil verən mədrəsə yerləşirdi.[i] Məşədi Əlinin və Məşədi Molla Həsənin məktəbləri dini təmayüllü olsa da, burada dünyəvi elm­lərə xüsusi diqqət yetirildiyindən ətraf kəndlərdən də xeyli uşaq bu məktəblərdə təhsil alırdı.

Tarixi mənbələrə görə Ağbulaq kən­dinin bünövrəsi XVI əsrin ikinci yarısında qoyul­muşdur.

Şahdağın qoynundakı ən yüksək dağ kəndi olan Ağbulağın ümumi sahəsi 38 kvadrat kilometr idi. Rəsmi statistikaya görə 1831-ci ildə Ağbulaqda 136 türk ailəsi yaşamışdır. 1905-ci il qırğın­larında nəzərəçarpacaq dərəcədə itkilər verdikdən sonra belə Ağbulaq azərbay­canlıların strateji əhəmiyyətli iri yaşa­yış məskənlərindən biri kimi qal­maqda davam edirdi. Belə ki, rəsmi sta­tistikaya görə kənddə 1908-ci ildə 940, 1914-cü ildə 982, 1919-cu ildə 1329 nəfər Oğuz türkü yaşayırdı.[ii]

1914-cü ildə 982 nəfər, 1986-cı ildə 1500 nəfər olmuşdur. Adı 1991-ci ildə dəyişdirilərək Ağperek qoyulmuşdur.

Ağbulaq kən­din­dəki məd­rə­sə, dünyəvi elm­­­lərin tədri­sinə daha çox üstünlük ver­diyi üçün Ağ­bulaq kəndi və ət­raf kəndlər­dən bu­rada təh­sil  al­mağa gə­lənlər çox idi. Kənd  məd­rə­səsi din, dil təd­ris edən ir­fan ocağı rolu­nu oynayıb. Bu­­nunla yana­şı, kəndin dini–mə­də­ni baxım­dan da inkişaf etmiş azər­bay­canlı yur­du ol­duğunu da gös­tərir.
 


[i] https://az.wikipedia.org/wiki/A%C4%9Fbulaq_(G%C3%B6y%C3%A7%C9%99)

[ii] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.126–127.