- Tarixi
- V–VI əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Çəmbərək rayonundakı Ağbulaq kəndində
- YerləşməHazırkı toponim
Çəmbərək rayonu–31.12.1937-ci ildən Krasnoselsk, Ağbulq kəndi 19.04.1991-ci ildən Ağberk adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş Ağbulaq kəndinə ilk dəfə ermənilər məhz 1988-ci ildə kənd camaatı soyqırımına məruz qalaraq kənddən qovulduqdan sonra köçüblər. Ağbulaq kəndindəki alban məbədi ermənilər tərəfindən mənimsənilib, hazırda erməni kilsəsi kimi təqdim olunur[i].
- Məlumat
Göyçə mahalının Çəmbərək rayonunda, Göyçə gölündən 4 kilometr şimalda yerləşən məbədin tikintisində boz tuf daşdan istifadə olunub. Uzunluğu 14, eni 6, hündürlüyü isə 6 metr civarındadır. Təxmini olaraq 2 metr enində və 3 metr hündürlüyündə üst hissəsi oval olan dəmir qapıları var. Qapının üst tərəfində üçbucaq quruluşunda naxışlarla bəzədilmiş gipsdən hazırlanmış bəzək yerləşdirilib[i].
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Dərəçiçək nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə Əbdürrəhman adlı şəxsin adına olan timardan dövlətin ildə 3 min ağça gəlir götürdüyü göstərilib.
İ.Şopen (1832) İrəvan əyalətinin Göyçə mahalının Ağbulaq kəndi kimi qeydə alıb, kənddə 26 təsərrüfatda 136 (79 kişi, 57 qadın) azərbaycanlının yaşadığını göstərib.
1873-cü ilə aid statistik məlumatlarda İrəvan quberniyasının Yeni Bəyazid qəzasının Göyçə gölü hövzəsi nahiyəsinin Ağbulaq kəndi kimi siyahıya alınan kənddə 51 təsərrüfatda 422 (234 kişi, 188 qadın) azərbaycanlının yaşadığı, kəndin Göyçə gölünün kənarında, Adatəpə burnunda yerləşdiyi göstərilib.
1886-cı ildə İrəvan quberniyasının Yeni Bəyazid qəzasının Məzrə nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınmış kənddə 83 təsərrüfatda 575 (318 kişi, 257 qadın) azərbaycanlı yaşayıb.
Nəhayət, 1908-ci ildə kənddə azərbaycanlılarının sayı 940, 1914-cü ildə 982, 1919-cu ildə 1329 nəfərə çatıb.
1919-сu ildə еrməni quldur dəstələri hücum edərək əhalini qırğınlara məruz qoyublar. 1919–1920-ci illərdə soydaşlarımız kənddən didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində sığınacaq tapıblar. Yalnız bölgədə sovet hakimiyyəti qurulduqdan sonra qaçqın əhali geri qayıdıb və kəndi təzədən bərpa edərək doğma yurdda məskunlaşıblar.
1922-ci ildə kənddə 1053, 1926-cı ildə 1113, 1931-ci ildə 1392, 1970-ci ildə 1542, 1979-cu ildə 1450 nəfər azərbaycanlı уаşаyıb. 1985-ci ildə kənd əhalisinin sayı 1500 nəfər, məktəb şagirdlərinin sayı isə 330 nəfər olub.
Hesablamalara görə, 1988-ci ildə Ağbulaq kəndini 345 azərbaycanlı ailə tərk edib.
1988-ci il noyabrın 24-də kənd erməni quldurlarının daha intensiv hücumlarına məruz qalıb. Noyabrın 28-də qarlı-şaxtalı gecədə saat 1–3 radələrində kənd əhalisi güllə yağışı altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb[ii].
Kəndin adının “içməli su”, “şirin su” mənası verən “ağ” və “bulaq” sözlərindən ibarət olması ehtimalı (B.Budaqov, Q.Qeybulla-yev) ilə biz də razıyıq. Мəsələ bundadır ki, kənd Ağbulaq adlı bulağın yerləşdiyi ərazidə salındığı üçün həmin adı alıb. rəvan diyarının Çəmbərək, Ağin, Sürməli, Şörəyel, Kəvər, Qırxbulaq, Abaran, Vedibasar bölgələrində eyniadlı xeyli toponim– kənd, bulaq və dağ adları qeydə alınıb.
[ii] https://azertag.az/xeber/qerbi_azerbaycan_kendleri___agbulaq-2892202
