- Tarixi
- XIX–XX əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində
- YerləşməHazırkı toponim
Çəmbərək rayonu–31.12.1937-ci ildən Krasnoselsk, Ağbulaq kəndi 19.04.1991-ci ildən Ağberk adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
İslam dinini öyrədən dini məktəbin fəaliyyəti sovet hakimiyyətinin qurulmasından sonra dayandırılıb.
- Məlumat
XIX sonu–XX əsrin əvvəllərində sovet hakimiyyəti qurulmamış Çəmbərək rayonunun Ağbulaq kəndində “mollaxana” adlanan dini məktəb fəaliyyət göstərirdi. Dini məktəbdə ərəb əlifbası, İslam dini və “Qurani-Kərim” öyrədilirdi. Məktəbdə dərslər Məşədi Molla Əli və Məşədi Molla Həsən tərəfindən tədris edilirdi. Dini məktəb üçün kəndin xeyriyyəçilərindən biri evini təsis etmişdi.
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Dərəçiçək nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə Əbdürrəhman adlı şəxsin adına olan timardan dövlətin ildə 3 min ağça gəlir götürdüyü göstərilib.
İ.Şopenin qeydlərində (1832) İrəvan əyalətinin Göyçə mahalının Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə 26 təsərrüfatda 136 (79 kişi, 57 qadın) azərbaycanlının yaşadığı göstərilib.
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Dərəçiçək nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə Əbdürrəhman adlı şəxsin adına olan timardan dövlətin ildə 3 min ağça gəlir götürdüyü göstərilib.
1873-cü ilə aid statistik məlumatlarda İrəvan quberniyasının Yeni Bəyazid qəzasının Göyçə gölü hövzəsi nahiyəsinin Ağbulaq kəndi kimi siyahıya alınan kənddə 51 təsərrüfatda 422 (234 kişi, 188 qadın) azərbaycanlının yaşadığı, kəndin Göyçə gölünün kənarında, Adatəpə burnunda yerləşdiyi göstərilib.
1886-cı ildə İrəvan quberniyasının Yeni Bəyazid qəzasının Məzrə nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınmış kənddə 83 təsərrüfatda 575 (318 kişi, 257 qadın) azərbaycanlı yaşayıb.
Nəhayət, 1908-ci ildə kənddə azərbaycanlıların sayı 940, 1914-cü ildə 982, 1919-cu ildə 1329 nəfərə çatıb.
1919-сu ildə еrməni quldur dəstələri hücum edərək əhalini qanlı qırğınlarla kənddən qovublar. 1919– 1920-ci illərdə soydaşlarımız kənddən didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində sığınacaq tapıblar. Yalnız bölgədə sovet hakimiyyəti qurulduqdan sonra qaçqın əhali geri qayıdıb və kəndi təzədən bərpa edərək doğma yurdda məskunlaşıblar.
1922-ci ildə kənddə 1053, 1926-cı ildə 1113, 1931-ci ildə 1392, 1970-ci ildə 1542, 1979-cu ildə 1450 nəfər azərbaycanlı уаşаyıb. 1985-ci ildə kənd əhalisinin sayı 1500 nəfər, məktəb şagirdlərinin sayı isə 330 nəfər olub.
Hesablamalara görə, 1988-ci ildə Ağbulaq kəndini 345 azərbaycanlı ailə tərk edib.
Sovet dövründə Ağbulaq sovetliyinə kənddən 4 kilometr məsafədə yerləşən Şorса kəndi də daxil idi.
1988-ci il noyabrın 24-də kənd erməni quldurlarının daha intensiv hücumlarına məruz qalıb. Noyabrın 28-də qarlı-şaxtalı gecədə saat 1–3 radələrində kənd əhalisi güllə yağışı altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb [i].
Ərəb əlifbası İslam dini və onun müqəddəs kitabı “Qurani-Kərim”in öyrədilməsi insanların dini biliklərə yiyələnməsi, mənəvi dünyasının zənginləşməsi baxımından əhəmiyyətli idi. Kəndin adının “içməli su”, “şirin su” anlamında olan “ağ” və “bulaq” sözlərindən ibarət olması ehtimalı (B.Budaqov, Q.Qeybullayev) mövcuddur. İrəvan diyarının Çəmbərək, Ağin, Sürməli, Şörəyel, Kəvər, Qırxbulaq, Abaran, Vedibasar bölgələrində eyniadlı xeyli toponim – kənd, bulaq və dağ adları qeydə alınıb.
[i] https://azertag.az/xeber/qerbi_azerbaycan_kendleri___agbulaq-2892202
