Əsas şəkil

Ağcaqala

Tarixi
VI–VII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Talın maha­lı­nın Talın rayo­nu­nun Yuxarı Ağcaqala (qa­la­nın uzanan is­tehkam divarla­rının bir hissəsi Üçkilsə rayo­nu­­nun Ağca­qala kəndinə düşür) kən­din­də 

Yerləşmə
Hazırkı toponim

Talın rayo­nuTalin, Yuxarı Ağca­qala kəndi 12.11.1946-cı ildən Ve­rin Bazma­berd (“Yu­xarı müxtəlif rəngli, çal rəngli qala”) adlandırılıb. 

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

Qalanın xara­ba­lıq­ları hazır­kı dövrdə Yu­xa­rı Ağcaqala kəndi ərazi­sin­də qalmaq­da­dır. Ermənilər tərəfindən çox hissəsi sökülüb ev inşaatında is­tifadə olu­nub. 1–1,5 metr hün­dürlüyün-də divar qalıq­ları  “erməni abi­dəsi” kimi təq­­dim olu­nur[i].
 


[i] https://az.wikipedia.org/wiki/Yuxar%C4%B1_A%C4%9Fcaqala

Məlumat

Ağcaqala qalası İrəvan quber­niya­sının Eçmiədzin qəzasında, in­di Talin rayonunun mərkəzin­dən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfindəki Yuxarı Ağ­caqala kəndində yerləşir. Yük­sək ərazidə yerləşən qalanın ətra­fın­dakı Ağcaqala, Yuxarı Ağca­qa­la və Aşağı Ağcaqala kəndləri qa­lanın adı ilə adlandırılıb. Qa­la­nın istehkam divarlarının bir his­səsi də bu kəndlərin ərazisinə ya­xındır. Qala ərazisi hesab olunan kənd Yuxarı Ağcaqaladır. 

Qalanın tikintisində iri daşlar­dan istifadə olunub. Ağcaqala to­po­niminin adı “Ağcaqala Sür­mə­li” formasında ilk dəfə “Kitabi-Də­də Qorqud” eposunda çəki­lir[i]. Qala bozumtul çöllük tor­paq ərazidə tikilib. Kənddə 1831-ci ildə 70, 1873-cü ildə 354, 1886-cı ildə 405, 1897-ci ildə 489, 1904-cü ildə 306, 1914-cü ildə 406, 1916-cı ildə 500, 1918-ci ilin yan­varında 308 nə­fər[ii] yalnız azər­bay­canlılar yaşa­mış­dır. 1918-ci ilin fevralında erməni təcavü­zünə məruz qalan azərbaycanlılar qır­ğın­larla deportasiya olun­muş[iii] və 1915–1918-ci illərdə Türkiyə­nin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dza­ğak, Hatink kənd­lə­rindən, İranın Muş, Mosul vila­yət­lərindən köçürülən ermənilər kənd­də yerləşdirilmişdir[iv]. Gö­rün­­­düyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür. Er­mə­ni mənbələrində isə tarixi faktlar saxtalaşdırılaraq 1831 və 1897-ci il­lərdə kənddə erməni­lə­rin yaşa­dı­ğı göstərilir və azərbay­canlılar er­mənilər kimi verilir.
 

Toponim Azər­baycan to­ponimiyasında fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə türk dilində “ağımtıl, ba­zum­tul çöl, yer” mənasın­da işlənən “ağ­ca” sözünə[i] “qala” sözü­nün qoşulması əsasında əmələ gəlib, “bozum­tul torpaqda tikilən qalanın yanındakı ya­­şa­yış məntə­qə­si” mənasını ifa­də verir. Rel­yef əsasın­da yaranan mü­rəkkəb qu­ru­luşlu topo­nim­dir. Topo­nimdən də ay­dın olur ki, Ağ­­caqala ki­çik, alçaq, çox da hündür ol­ma­yan qala olub. Ağca­qa­la “ağımtıl rəng­li daşdan tikilmiş qala” mənasındadır.
 


[i] Əhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.22-23


[i] Budaqov B. Q.Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti Bakı,1998

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.34-35, 116-117

[iii] История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.220

[iv] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.545