- Tarixi
- VII əsr
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonradan Üçkilsə rayonundakı Ağcaqala (Uruş) kəndində
- YerləşməHazırkı toponim
Üçkilsə rayonu – Eçmiədzin, Ağcaqala kəndi 25.01.1978-ci ildən Tsaxqalanc adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Məbəd ermənilər tərəfindən mənimsənilib. Hazırkı dövrdə S. Gevorq “erməni kapellası” kimi təqdim olunur[i].
[i] https://az.wikipedia.org/wiki/A%C4%9Fcaqala_(%C3%9C%C3%A7kils%C9%99)#/media/Fayl:Tsaghkalanj-S._Gevorg_Church_7th_c._rest._1870's.JPG
- Məlumat
Məbəd İrəvan quberniyasının Üçkilsə rayonunda Alagöz dağının cənub - qərbindəki Ağcaqala kəndində yerləşir. Məbəd VII əsrdə inşa edilib. Tikintisində sarı və qəhvəyi rəngli tuf daşdan və ağ suvaqdan istifadə olunub. 1870-ci ildə restavrasiya edilib[i]. Məbədin uzunluğu 10, hündürlüyü 3, eni isə 5 metr civarındadır. Dam hissəsi uçub dağılıb, yerinə məbədin qədim memarlığı ilə uyğunluq təşkil etməyən düz dam örtüyü qoyulub. Ağcaqala kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasındakı Üçkilsə rayonunda Alagöz dağının cənub-qərbində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır.
Buraya ermənilər 1828–1830-cu illərdə Türkiyədən köçürülmüşdür.
Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 79, 1873-cü ildə 38, 1886-cı ildə 6, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Mənbədə kəndin həm də Uruş adlandığı qeyd olunur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də məskunlaşmışlar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1946-cı ildə kənd ermənicə Bazmaberd, 1978-ci ildə Tsaxqalanq adlandırılmışdır.
Yaxınlığındakı “Ağcaqala” xarabalığının adındandır. Xarabalıq isə qədim Yervandaşat şəhərinin qalıqlarıdır. XVII əsr erməni müəllifi yazır ki, qədim Yervandaşat indiki Ağcaqaladır.
Şərqi Türkiyədə, Qars çayı üstündə yerləşən həmin Ağcaqalanı XVII əsrin əvvəllərində bir erməni müəllifi də qeyd etmişdir. Həmin Ağcaqala orta əsrlərdə sancaqlığın mərkəzi idi[ii].
Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən “-ca” şəkilçisini qəbul etmiş qədim türk dilində “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən “ağ” sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlib, “kiçik, alçaq qala yanında olan kənd” mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ağcaqala “ağımtıl rəngli daşdan tikilmiş qala” mənasındadır. XIX əsrdə Azərbaycan və indiki Ermənistan ərazilərində
mövcud olmuş 9 Ağcaqala toponimindən biridir. Ağcaqala toponimi “Ağcaqala Sürməli” formasında ilk dəfə “Kitabi-Dədə Qorqud” eposunda yer alır.
