Əsas şəkil

Ağcaqışlaq kəndində Səlcuqlu dövrünə aid türbə

Tarixi
XII–XIV əsrlər
Yerləşmə
Əvvəlki toponim

Gərnibasar mahalının Qə­mərli ra­yonundakı Ağ­caqışlaq kəndində

Yerləşmə
Hazırkı toponim

Qəmərli rayo­nu–Artaşat, Ağcaqışlaq kəndi 21.06.1948-ci ildən-Getaşen (Çaykənd), 25.05.1967-ci ildən isə Ge­tazat adlan­dırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Səlcuqlu döv­rünə aid türbə, müsəlman-türk abidəsi ərazi­nin müsəlman-türk yurdu ol­du­ğunu sübut edən abidə  ol­duğu üçün er­mənilər tərə­fin­dən üstü ör­tülərək  gizlə­dilib. Hazırda erməni ar­xe­oloqlar tərəfin­dən türbə üzə­rində mənim­səmə və saxta­laşdırma pro­sesi başladılıb. Bir müddət əv­vəl sosial şəbə­kələrdə dola­şan fotolarda məqbərədə er­məni arxeoloq­larının tədqi­qa­ta başlaması təs­bit edilmiş­dir.[i]


 


[i] https://www.facebook.com/photo?fbid=9199230403424544&set=pcb.9199231733424411

Məlumat

Ağcaqışlaq kəndindəki Səlcuqlu döv­rünə aid qədim müsəlman tür­bə­si Gər­nibasar mahalı ərazisində, sonradan İrəvan quberniyasının İrə­van qəzasında, Qə­mər­li rayonunun mərkə­zindən 10 km şi­malda, Zəngi çayının sahilindəki Ağ­caqışlaq kən­dindəki yük­sək əra­zidə yerləşir.

Müsəlman-türk türbəsi XIIXIV əsrlə­rə aiddir. Türbənin özü məhv olsa da, onun sərdabə hissəsinin qal­ması müəyyən edilib. Türbənin yerləşdiyi təpə ermənilər tərəfin­dən mistik ərazi kimi popul­yarlaş­dı. Ətrafda yaşayan ermənilər bu ye­rin piramida olmasını bildirdik­dən sonra həmin ərazi erməni mət­buatında da məşhurlaşdı. Misir pi­ra­midalarının bənzəri olması gü­man edilirdi. Elə həmin dövrdən də təpə “Dvin burg”, yəni Dvin pi­ra­midası adlanmağa başlandı.

Abidəyə baxış keçirmək üçün əra­ziyə göndərilən erməni arxe­oloq­­lar tərəfin­dən 20152016-cı il­lərdə abidənin üzəri basdırıldı və abi­də gizlədildi. Daha son­ra Ermə­nistan Milli Elmlər Akade­miyası­nın Arxeologiya və Antropo­logiya İnstitutunun direktoru Pavel Ave­tis­yan abidəni gizlətmələrini dolayı  yolla etiraf etmişdir. P.Avetisyan bu tə­pə haqqında məlumat verər­kən be­lə deyir: "...onun zirvəsində unikal bir abidə var – müsəlman məq­­bə­rəsi. Onu bizim institutun mütəxəs­sisləri təxminən 10 il əv­vəl aşkar etdilər. Böyük ehtimalla bu ya mon­qol, ya da səlcuq dövrünə aid bir məqbərədir. Xatırlayırsınızsa, ox­­şar bir məqbərə Yerevanda Abov­­yan küçə­sin­də də aşkar edilmişdi. Hə­ləlik biz Getazat abidəsini gə­ləcək tədqiqatlar üçün konser­vasi­ya et­dik”. 

Türbənin üzərindəki elementlər onun müsəlman-türk abidəsi oldu­ğu­nu sübut edir. Abidədən çəkilən əvvəlki foto­larda[i] türbənin giriş hissəsində mu­karnas olduğu açıq görünən element də var. Mukarnas İslam memarlığında geniş yayılmış dekorativ elementdir və ən çox tavanlarda, qübbələrdə, eyvan­larda istifadə edilir. Mukarnas üçölçülü və bir-birini təkrarlayan hüceyrə formalı strukturlardan ibarətdir. Səl­­cuqluların bölgəyə gəlişi ilə or­taya çıxan bu me­marlıq nümu­nə­lərinə Orta Asiya, İran, Türkiyə və Qafqazda rast gəlinməsi mümkün­dür. Çünki Səlcuqlu dövründə bü­tün bu ərazilər türklərə məxsus idi. Türbənin koordinatları40.0381181, 44.5785240[ii].

XVIII əsr mənbəyində göstərilir ki, kənddə türk mənşəli qəmərli tayfası yaşayır[iii]. Kənddə 1831-ci ildə 70, 1873-cü ildə 184, 1886-cı ildə 138, 1897-ci ildə 200, 1904-cü ildə 186, 1914-cü ildə 220, 1916-cı ildə 197 nəfər azərbaycanlı yaşa­mışdır. 1918-ci ildə azərbaycan­lılar ermənilərin soyqırımına mə­ruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən er­mənilər yerləşdirilmişdir. İndiki Er­mənistanda sovet hakimiyyəti qu­rulandan sonra sağ qalan azər­bay­canlılar öz doğma evlərinə qa­yıda bilmişdir. Burada ermənilərlə ya­naşı, 1922-ci ildə 54, 1926-cı ildə 96, 1931-ci ildə 102 nəfər azər­baycanlı yaşamışdır[iv]

SSRİ Nazirlər Sovetinin xüsusi qərar­ları ilə 19481953-cü illərdə azərbay­canlılar Azərbaycana köçü­rül­müşdür. İndi orada yalnız ermə­nilər yaşayır.

Toponim “ağım­tıl, bo­zumtul dü­zən, çöl” mə­na­sında işlə­nən “ağca” sözü ilə[i] “qış­laq” sö­zü­nün birləş­mə­sindən əmə­lə gəl­miş­dir. Rel­yef­lə bağlı yaranan mü­rəkkəb quru­luşlu topo­nim­dir. Tür­bədəki mu­kar­nasları Səl­cuqluların inşa etdikləri bütün türbə, məscid və məd­rəsələrdə görmək müm­kündür. Onla­rın təsiri ilə sonradan mu­karnas tex­no­logiyası Osmanlı və Səfəvi me­mar­lığına da keçmişdir. Hətta mukar­naslar İrəva­nın Cümə məs­cidi olan Göy məscid­də də vardır.

Ona görə də abidəni er­mə­niləşdir-mək çox gü­lünc olacaq. Qalır abidəni “özgəninkiləş-dirmək”. Bu işdə ma­hir usta olan “erməni alim­ləri” bu­nu etməyə cəhd edəcək­lər, amma xa­tırlat­maq lazımdır ki, təkcə onla­rın özlərinin pay­­laşdığı fo­to­larda gö­rü­­nən ele­mentlər onun türk memar­lı­ğına məx­sus olduğunu göstərir.

 

 
 


[i] Əhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.23


 


[i] https://www.facebook.com/photo/?fbid=6759966827350926&set=pcb.6759805257367083

[ii] Mənbə: Səbuhi Hüseynov, https://www.facebook.com/photo/?fbid=9199230403424544&set=pcb.9199231733424411

[iii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49

[iv] Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127