- Tarixi
- E.ə III minillik
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Aşağı Qaranlıq rayonu yaxınlığındakı Ağçıraq kəndində
- YerləşməHazırkı toponim
Aşağı Qaranlıq rayonu – 09.09.1930-cu ildən – Martuni
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ağçıraq kəndi azərbaycanlı izlərini silmək məqsədi ilə ermənilər tərəfindən ləğv edilib. Xarabalıqları günümüzə qədər qalan kənddəki mixi kitabələri İrəvana aparılıb, oradakı müzeylərdə erməni abidəsi kimi təqdim olunur. Memarlıq abidələri isə dağıdılıb, qalıqları qalıb.
- Məlumat
Ağşıraq kəndinin xərabələri Dəlikdaş (indiki Martuni rayonunun Tsakkar kəndi) kəndindən 16–18 kilometr cənub–qərbdə yerləşib. Bu kəndin ərazisindəki tarixi – memarlıq abidələrindən və qədim mixi kitabələri mövcud olub. XVIII əsr müəllifi Simon İrəvanlı bu kitabə və memarlıq abidələrinin eramızdan əvvəlki dövrə aid olması faktına istinadən Ağçırağı Göyçənin ən qədim kəndlərindən biri kimi göstərib. 1828-ci ildə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı hesab edilən 59 kəndin içində Ağçıraq adı var idi. İ. Şopen tərəfindən tərtib olunmuş siyahısında isə bu obanın adı “Ağqıraq” kimi qeyd edilib. 1831-ci ilə dair sənədlərdə kəndin 321 nəfər türk əhalisinin (57 təsərrüfat) olduğu barədə qeyd aparılıb. 1873-cü ilə və ondan sonrakı dövrlərə dair sənədlərdə isə artıq Ağçırağın adı qeyd olunmayıb.[i]
Ağçıraq XIX əsrin ortalarında işğal və soyqırımına məruz qalmış əhalisi kənddən köçürülən azərbaycanlı obalarından biridir.
[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.133.
