Əsas şəkil

Ağkənd kəndində alban məbədi

Tarixi
VI-VII yüzil
Yerləşmə
Əvvəlki toponim

Zəngəzur mahalının Qarakilsə rayonundakı Ağkənd kəndində 

Yerləşmə
Hazırkı toponim

Qarakilsə rayonu–Sisian, Ağkənd kəndi–17.04.1948-ci ildən–Aşotavan 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ağkənd kən­din­­dəki alban mə­bə­di hal–hazırkı dövrdə yarıda­ğınıq və xaraba vəziy­yət­dədir. Er­mə­nilər tərə­fin­dən məbədin da­mına xaç ele­­menti əlavə edi­lib erməni abi­­dəsi kimi təq­­dim olunur.

Məlumat

Ağkənd kəndindəki alban məbədi VI-VII yüzillərdə Taxtakörpü çayının kəna­rın­dakı yarımadada inşa edilib[i]. Məbədin tikintisində daha çox ağdaş­lardan istifadə olunub və üstünə dörd­künc formada ağ mərmərdən kəsilmiş daşlar fasad kimi yerləşdirilib. Dam hissəsi ağ daşlarla hörülüb. Məbədin uzunluğu 10 metr, eni 4,5 metr, hündürlüyü isə 5-6 metr civarındadır. Qabaq hissədə 3 pəncərəsi, sağ, sol və arxa hissədə 1 ədəd üst tərəfi oval pəncərəsi var. Məbəd azərbay­can­lıların deportasiyasından sonra ermənilər tərəfindən təmir edilməyib. Məbədin damından və divarından qopan daşlar məbədin dörd tərəf divar dibində kiçik təpəcik əmələ gətirib və məbədin di­var­­larını tam uçmaqdan qoruyur. 

Rayon mərkəzindən 5–6 km cənubda, Bazarçayın sağ qolu, Qarakilsə (Sisian) çayının sol qolu olan Taxtakörpü çayı­nın aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[ii] qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycan­lılar yaşamışdır. 1828-1829-cu illərdə Türki­yə­nin Xoy və Salmas vilayətlə­rin­dən köçürülən ermənilər bu kənddə yerləş­dirilmiş[iii] və azərbaycanlılar er­mə­nilərin şiddət və hücumlarına  mə­ruz qalaraq  tarixi–etnik torpaqlarından zorla çıxa­rılmışdır.

Toponim “ki­çik” mənasında işlənən ağ sözü ilə[i] kənd coğ­ra­fi nomeninin birləşməsindən əmələ gəl­miş­dir. Relyeflə bağ­­lı yaranan mü­rəkkəb qu­ru­­luşlu topo­nim­dir. Əra­zi­də al­ban–türk tay­fa­ları yaşa­yıb. Er­mə­nilər əraziyə XIX yüzildə köçü­rü­­lüb.
 


[i] Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.68


 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/6/60/Tolors_old_church.jpg

[ii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.5

[iii] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.XErmənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvanİrəvan Universiteti, 1986. s.295