Əsas şəkil

Ağkilsə kəndində Oğuz qəbirləri (abidə, alətlər, qiymətli əşyalar)

Tarixi
E.ə III-II minillik
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­ha­lı,­ Basarkeçər ra­yo­nu­ Ağkilsə kənd­in­də

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu –Var­de­nis, Ağkilsə kən­di, 03.01.1975-ci ildən   Azad ad­landırılıb.

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

Arxeoloji qa­zın­tılar zamanı çıxarılan əşya­lar İrəvan şəhə­rinə aparılıb er­məni ele­ment­ləri əla­və olu­na­raq, e­r­mə­ni­ləş­di­ri­lib. Mu­zey­­lər­də ermə­ni­lərə aid tarixi əşya kimi nü­mayiş etdirilir.

Məlumat

XX əsrin 60-cı illərində indiki Basar­keçər rayonunun Ağkilsə kəndi əra­zi­sində, Hüsən çayının şimal sahilində apa­rılan təsərrüfat əhəmiyyətli qazın­tılar za­manı, sırf təsadüfdən eyni şaquli xətt üzrə 4 qəbir aşkarlanıb. Bir–birin­dən təx­minən 2–3 metr dərinlikdə yerləşmiş qə­birlərin yuxarıdan aşağıya ardıcıllıqla artan ölçüləri, ən dərin qatdakı heyrə­tamiz iri qəbirdə aşkar­lan­mış müasir təsəvvürə sığmayan ölçü­dəki skelet, aşa­ğıdan ikinci qəbir­dəki tunc əşyalar Göy­çənin ən qədim yaşayış məskənlərindən biri, bəlkə də birincisi olması barədə qə­naətlərə əsas verən maddi sübutlardır.[i]

Sarı xəndək adlanan yerdə aparılan ar­xeoloji qazıntılar zamanı üç dörd mər­təbəli qəbirlər tapılmışdır.[ii]

Ümumiyyətlə isə Göyçə yaylasında və yaxın coğrafi ərazilərdə günümüzə qədər gəlib çatmış “Uğuz (Oğuz) qə­bir­ləri”nin sayının digər regionlara nis­bətdə fan­tas­tik çoxluğu, eləcə də hey­rətamiz ölçülə­rinin məhz Dədə Qorqud oğuzlarının   mifik   fiziki  imkanlarına uyğunluğu bu mülahizənin əlavə təsdiqləyici arqumenti kimi sərf–nəzər edilə bilər.

Cənubi Azər­baycanın Ərdə­bil və Sulduz    əyalətlərindən Göyçə mahalı­na gə­lən Məşədi Xavərlilər tay­fa­sından olan dörd qardaş­ Göy­çə maha­lı­na gələrək, III-V əsrlər­də ya­­şamış al­ban­la­rın tari­xin­dən bəhs edən Ağ­kil­səni özlə­rinə yaşayış yeri se­çərək, orada məs­kun­laşıb­lar. Kən­din ilk adının Ağ­kilsə olması da bu­radan yaran­mış­­­dır.


 


[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.55. 

[ii] Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, "Başı dumanlı Göyçə", Gəncə–2007