Ağnatun kəndində türbə
İrəvan quberniyası Üçkilsə (Eçmiədzin) rayonu Ağnatun kəndində.
Üçkilsə rayonu – Eçmiədzin, Ağnatun kəndi – Ağavnatun.
Memarlıq
Türbənin dam örtük təbəqəsi dağılıb günbəz görünüşü verən torpaq təbəqə qalıb. Türbənin arxa və yan divarlarınının aşağı hissəsindəki bir neçə daşın sökülməsinə baxmayaraq uçub dağılmayıb. Yarıxaraba türbə erməni abidəsi kimi təqdim olunur [i], [ii].
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/g%C3%B6y%C3%A7%C9%99-)a%C5%9Fa%C4%9Fi-qaranliq-indi-martuni-r-zolaxa%C3%A7
[ii] https://az.wikipedia.org/wiki/Aqavnatun?fbclid=IwAR1qO8M28QBW4zdCyJy2oPuWpKo4u12oYSSHl
Ağnatun kəndinin kənarındakı yüksək ərazidə kənd evlərinə yaxın məsafədə yerləşən müsəlman-türk türbəsinin XIII-XIV yüzilliklərə aid olduğu ehtimal olunur. Altıkünc formada xüsusi dördkünc kəsilmiş böyük qırmızı tuf daşdan tikilən türbə günbəzli olub. 1828-1829-cu illərdə ruslar kəndə İranın Xoy şəhərindən 159 erməni gətirib yerləşdirib. 1831-ci ildə kənddə 21 azərbaycanlı qalmışdı. 1979-cu ildə kənddəki ermənilərin sayı 2296 nəfərə çatdırılıb və azərbaycanlılar kənddən qovulub [i], [ii].
Türbə və müsəlman qəbiristanlığı kəndin azərbaycanlılara məxsus oluğunu təsdiqləyir.
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/g%C3%B6y%C3%A7%C9%99-)a%C5%9Fa%C4%9Fi-qaranliq-indi-martuni-r-zolaxa%C3%A7
[ii] https://az.wikipedia.org/wiki/Aqavnatun?fbclid=IwAR1qO8M28QBW4zdCyJy2oPuWpKo4u12oYSSHl0