- Tarixi
- X əsr
- YerləşməƏvvəlki toponim
Tiflis quberniyasının Borçalı qəzasında, sonradan Barana rayonunun Yuxarı Körpülü kəndində
- YerləşməHazırkı toponim
Barana rayonu – 04.01.1938-ci ildən Noyemberyan, Yuxarı Körpülü kəndi – 04.07.2006-cı ildən Zorakap. 7 noyabr 1995-ci il tarixli yeni qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Ağoğlan məbədi qismən yararlı vəziyyətdədir. Ermənilər tərəfindən təmir və restavrasiya edilməyib, fəqət mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Ağoğlan məbədi Yuxarı Körpülü kəndinin meşəsində yerləşirdi. Məbəd X əsrdə xristian qıpçaqlar tərəfindən tikilib və ermənilər tərəfindən ziyarət olunmurdu. Erməni abidəsi olmadığı üçün erməni tədqiqatçılar tərəfindən araşdırılmayıb. Ağoğlan məbədi haqqında ermənilərin siyahısında məlumat yoxdur, meşənin qalın yerində, çox əzəmətli məbəd idi. Azərbaycanlı-türklər burada qurbanlar kəsirdilər, (Biz də dəfələrlə orada olmuşuq. Hər il məbədi kənar ölkələrdən gələn insanlar da ziyarət edirdi və onlar türk dilində danışırdılar. Biz onları başa düşürdük [i]), azərbaycanlılar və qıpçaq kökənli insanlar tərəfindən ziyarət olunurdu. Bu ellər Dədə Qorqud elləri olduğundan qurban kimi xoruz kəsmək adəti qalmışdı. Xoruz kəsmək türklərin Dədə Qorquddan qalan adətidir, qızıl xoruz türk mifologiyasında müqəddəs sayılır. Ətraf kəndlərdə yaşayanların bir diləyi olanda Ağoğlan məbədində xoruz, qoyun kəsərdilər, Allaha–Tanrıya dua edərdilər. Bu adətlər zərdüştlükdən, şamanlıqdan, tanrı inancından qalmış, xristian-qıpçaq türklərində olan dini adətdir.[ii]
Kənddə qədim dövrdə türk mənşəli tayfalar yaşayıb. Sonradan kənddə 1831-ci ildə 43, 1886-cı ildə 361, 1897-ci ildə 402, 1908-ci ildə 440, 1914-cü ildə 427, 1916-cı ildə 792 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlara məruz qalmış və qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.
1922-ci ildə burada 523, 1926-cı ildə 530, 1931-ci ildə 630,[iii] 1987-ci ildə 2000 nəfər[iv] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar yenidən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada Şəmkir rayonunun Çənlibel kəndindən 1988-ci ildə köçmüş ermənilər yaşayır.
Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün Körpülü adlandırılmışdı. “Yuxarı” fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
[i] Mənbə; İmanov Tofiq Allahverdi oğlu, Yuxarı Axtala kənd sakini
[ii] Mənbə; İmanov Tofiq Allahverdi oğlu, Yuxarı Axtala kənd sakini
[iii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.16–17; 100–101
[iv] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995, s.329
