Əsas şəkil

Ağparax kəndində istehkam divarları

Tarixi
VII-VIII yüzil
Yerləşmə
Əvvəlki toponim

Kəvər rayo­nun­dan 13-14 kilometr cə­nub–qərbdə, Gö­yəm silsilə­sinin ətəyin­də­ki Ağparax kən­­dində 

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu 13.04.1959-cu ildən – Kamo

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Kənd xərabə­liyi­ni əhatələ­yən istehkam divarlarının bü­növrəsinin qa­lıqları 1988-ci ildə baş ve­rən deporta­si­ya­ya qədər yer­ləş­di­yi ərazidə qa­lırdı.

Məlumat

Kəvər kəndindən (indiki Kamo şəhəri) 13-14 kilometr cənub–qərbdə, Göyəm sil­siləsinin ətəyindəki xərabələri 1988-ci ilə qədər toxunulmamış qalan bu obanın adı­na ilk dəfə XVI əsrə dair rəsmi sənəd­lərdə rast gəlinir və bu sənəddən aydın olur ki, Ağparax Səfəvi Azərbay­can döv­lə­tinin Çuxur–Səd bəylər­bəy­liyi­nə daxil olan Göyçə kəndlərindən biri imiş. Hə­min xəra­bəliyi əhatələyən isteh­kam di­var­larının bünövrə qalıqlarının erməni alim­ləri tərəfindən VII-VIII yüzilə aid edilməsi və bu faktın Ermənistan Tarixi Abidələrin Qorunması və Bərpası Komi­təsi tərəfindən təsbit edilməsi isə Ağpa­rax kəndinin Oğuz türkləri tərəfin­dən bi­nə­ləşdirilməsinin azı 1500 illik tarixi ba­rədə mülahizələrə əsas verir. Amma bü­tün bunlara rəğmən erməni ta­rixçiləri Göy­çə ərazisində Ağparax adlı kəndin möv­cudluğunu israrla inkar edir­lər. Belə ki, 1728-ci ildə tərtib olunmuş “İrə­van əyalətinin icmal dəftəri”nin 112-ci səhi­fə­sində Ağparax kəndinin timar qis­min­də, yəni dövlətin səlahiyyətli nü­ma­­yən­də­sinin məsrəflərini qarşılayan ver­gi ödə­yicisi qismində Saleh Abdulla oğlu adlı şəxsə təhkim edildiyi barədə qeydlər var. Elə erməni mənbələrinin özü də Ağ­pa­rax adlı türk obasının möv­cud­luğuna şahidlik edir: XVIII yüzil müəllifi S. İrə­vanlı Göyçə hövzəsinə sə­fər qeydlərində Ağparax kəndindən də söh­bət açır və Göyçəli Başkəndi ilə həm­sərhəd olan bu dağ kəndində 40-a yaxın tarixi əhə­miyyətli abidə oldu­ğunu göstərir.

1826-1829-cu il müha­ri­bə­ləri zamanı er­mə­ni–rus hərbi bir­ləşmələri tə­rəfindən Göy­çə­də yerlə–yek­san edilmiş 108 kənddən 67-si­nin ara­sın­da İ. Şopen tə­rə­fin­dən tərtib olunmuş siya­hı­da Ağpa­raxın adı yoxdur. 1918-1919-cu il qətliamından sağ çıxanlara öz kəndlərini bər­pa etmək im­­kanı ve­ril­məsə də, on­lar Dəlikdaşa pə­nah gətirərək, orada kompakt şəkildə yaşa­yıb­lar və Də­lik­­da­şın türk­lər­dən tam tə­miz­lənə­rək “Tsakkar”a çev­rilməsindən sonrakı dövr­lər­də belə er­mə­ni­lərin öz­ləri də Dəlik­da­şın cə­nub səm­tindəki mə­həlləni “Ağ­pa­raxlılar məh­ləsi” kimi təs­nifləyirdilər.