Əsas şəkil

Ağqala qalası

Tarixi
3000-3500 il əvvəl
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yası Yeni Ba­yazid qəza­sı­nın Kə­vər (Kamo) ra­yo­nundakı Ağqala kən­din­də

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu–13.04.1959-cu ildən Kamo, Ağqala kəndi– 19.04.1991-ci ildən–Berdkunk (Qala yeri)

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ağqala qala­sı­nın hal–hazırkı dövrdə yerləş­diyi əra­zidə di­var hündürlüyü bəzi yerdə 3-3,5 metr, bəzi yer­lərdə isə 1-2 metr hündürlü­yündə xaraba­lığı qalıb. Er­mə­nilər tərə­findən mənim­sə­nilib, erməni qalası kimi təq­dim olunur.

Məlumat

Ağqala kəndindəki qala albanlar tərə­findən inşa edilmişdir.  Yüksək təpəlik ərazidə yerləşən qalanın tikintisində daha çox böyük ağ daşlardan istifadə olunub. Qala divarları eni 1 metr civa­rında və möhkəm olduğu üçün günü­müzə qədər xaraba da olsa, qala qala bilib.  Kənd adını kəndin ərazi­sindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Rayon mərkə­zindən 12 km şimal–şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edil­miş­dir.[i]

Kənddə 1831-ci ildə 39 nəfər, 1873- cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904-cü ildə 424, 1914-cü ildə 507, 1916-cı ildə 520 nəfər azər­baycanlı yaşamışdır.[ii] 1918-ci ildə azərbaycanlılar ermə­ni­lər tərəfin­dən qır­ğınlara məruz qalaraq, qovulub. Kəndə Türkiyədən köçü­rülən ermənilər yerləşdirilib. İndiki Sovet hökuməti qurulandan sonra sağ qalan azərbay­canlılar öz doğma kənd­lərinə dön­müşdür.

Kənddə 1922-ci ildə 3 nəfər azər­bay­canlı, 31 erməni, 1926-cı ildə 76 nə­fər azərbaycanlı, 105 erməni, 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 erməni, 55 kürd[iii], 1939-cu ildə 442, 1959-cu ildə 287, 1970-ci ildə 2200 nəfər[iv] azər­baycanlı və erməni əha­lisi yaşamışdır. Sonralar azərbay­can­lıları sıxışdırıb çıxarmaq məq­sədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilmişdir. Kənddə ya­şa­yan azər­baycanlılar da 1988-ci ildə Er­mə­nistan dövləti tərəfin­dən qovul­muş, deportasiya edilmişdir.

Toponim rəng bildirən “ağ” sö­zü ilə “qala” sözünün bir­ləş­məsin­dən əmələ gəl­miş­dir. Adı­nı kən­din əra­zi­sin­dəki al­ban­lara məx­sus ağ rəngli qaladan götür­müşdür. Mü­rəkkəb qu­ru­luşlu toponim­dir.
 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.5

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvanMelkonyan fond, 1932. 68–69, 144–145

[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s. 69, 145)

[iv] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.179