- Tarixi
- E.ə.III-II yüzil
- YerləşməƏvvəlki toponim
Gəncə quberniyasının Qazax qəzasında, Dilican rayonunun Ağtala kəndində
- YerləşməHazırkı toponim
Gəncə quberniyası–Yelzavetpol, Dilican qəzası–Tavuş, Ağtala kəndi 3.01.1935-ci ildə ləğv edilib.
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Ağtala kurqanları ermənilər tərəfindən dağıdılıb və oradan çıxarılan əşyaların bir çoxu Ermənistandakı müzeylərdə erməni eksponatı kimi təqdim olunur.
- Məlumat
XX əsrin 70-ci illərində erməni arxeoloqlarının bu xərabəliklərdə apardığı qazıntılar zamanı aşkarlanmış kurqanların eramızdan əvvəlki dövrün I minilliyinin sonlarına, təxminən eramızdan əvvəlki III-II əsrlərə aid edilməsi Ağtalanın oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 2000-2500 illik tarixi olduğuna dəlalət edir.
Erməni mənbələrində isə kəndin adına ilk dəfə 1873-cü ilə dair sənədlərdə rast gəlinir. Rəsmi statistikaya görə həmin vaxt bu kənddə 34 azərbaycanlı ailəsi (218 nəfər) yaşamışdır. 1800-cü ilə qədər mövcud olmuş bir kəndin adının İ.Şopenin siyahılarına düşməməsi və bu siyahıların tərtibindən təxminən 40 il sonra yenidən üzə çıxması ona dəlalət edir ki, 1826-1829-cu illər aralığında erməni–rus hərbi birləşmələrinin viran qoyaraq “adları unudulmuş ölü kəndlər” qrafasında ümumiləşdirdiyi 81 kəndin biri də məhz Ağtala olmuşdur. Fəqət, kəndin əzəli sahibləri azərbaycanlılar Ağtalanı bərpa etmişlər və bu tarixi reallıq 1873-ci ildən sonrakı bütün sənədlərdə təsbitlənmişdir. 1897-ci ildə kənd əhalisinin sayı 314 nəfər, 1914-cü ildə 396 nəfər idi. 1918-ci ildə kənd yandırılmış, əhalisinin böyük əksəriyyəti məhv edilmişdir. 1922-ci ildə sovet hökumətinin təhlükəsizlik barədə zəmanətindən sonra kəndə cəmi 62 nəfər, yəni 1914-cü ildəki əhalinin altıdan biri qayıdıb. 1930-cu il sentyabrın 9-da Ağtala bir inzibati vahid kimi Sevan rayonunun bölgüsünə daxil edilmişdir. Ermənistan XKS Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə Ağtala bir inzibati vahid kimi ləğv edilərək, ərazisi Sevan rayonunun erməni kəndlərinin sərancamına verildi.[i]
Kurqanlar kəndin qədim tarixi keçmişindən xəbər verir. Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Toponim qədim türk dilində “kiçik, kiçicik, xırda, balaca” mənasında işlənən “ağ” sözü ilə “meşə ortasında açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.[i]
[i] İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı. 2021, s.305
[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.142–143
