- Tarixi
- XI-XII yüz il
- YerləşməƏvvəlki toponim
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan
- YerləşməHazırkı toponim
1936-cı ildən etibarən Yerevan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ağtəpə karvansarası İrəvan şəhərində Azərbaycan tarixi və memarlığının nümunəsi olduğu üçün təmir və restavrasiya olunmayıb. Uçub xarabalığa çevrilən karvansaranın yerində yeni tikililər inşa edilib.
- Məlumat
Ağtəpə karvansarası Göyçə gölünün şimal sahilində, Çubuxlu aşırımından 10 kilometr şimal–şərqdə, Ağtala kəndindən 2–3 km. şimalda çox da yüksək olmayan təpənin yamacında yerləşir. Xərabəlikləri 1988-ci il deportasiyasına qədər toxunulmamış qalan bu kəndin ərazisindəki XI-XII əsrə aid karvansara kompleksinin qalıqları Ağtəpənin azı 1000 illik tarixindən soraq verən maddi sübutdur. Rəsmi məxəzlərdə isə kəndin adına ilk dəfə Şah Abbas dövrünə dair sənədlərdə rast gəlinir və o qeydlərdən məlum olur ki, Ağtəpə Qarabağ (Gəncə) bəylərbəyliyinin tabeçiliyində olan Göyçə kəndlərindən biri imiş. 1828-ci ildə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə kəndlərinin siyahısında adının çəkilməməsi isə bu obanın 1826-1828-ci illər aralığında dağıdılmasına dəlalət edir. Bu faciənin təfərrüatı rəsmi məxəzlərdə öz əksini tapmasa da, bir danılmaz həqiqət bəllidir: Ağtəpə adlı türk obasının yer üzündən silinməsi kimi ağır tarixi cinayətin də məsuliyyəti ermənilərin və onların havadarlar olan missiyasını xristian dünyasının üzərindədir.[i]
Karvansara yerli və xarici ölkələrdən gələn tacirlərin qaldığı və anbarlarında mallarını mühafizə etdiyi yer kimi xanlıqda mühüm yerə sahibdi.
[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.143
