Əsas şəkil

Ağudi kəndində qədim sərdabə

Tarixi
1173-cü il
Yerləşmə
Əvvəlki toponim

Zəngəzur ma­halının Qara­kilsə rayonu­nun Ağudi kəndində

Yerləşmə
Hazırkı toponim

Qarakilsə rayonu 02.03.1940-cı ildən Sisian, Ağudi kəndi 19.04.1991-ci ildən Aqitu adlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Hazırkı dövr­də sərdabə ya­rıxaraba və­ziy­yətdədir. Üzərindəki lövhəyə zərər verildiyi üçün lövhədə həkk olunan mərhu­mun adı oxu­na­caq vəziy­yət­də deyil. 

Məlumat

Sərdabənin son şəklini 2021-ci ildə G.Mattu çəkib. Üzərindəki ya­zıdan da məlum olduğu kimi, qə­dim sərdabə 1173-cü il Səlçuqlu dövrü­nə aiddir[i]. Qəbiristanlıq ərazisində­ yer­lə­şən sərdabənin girişində qapı­nın sağ tərəfində yerləşən daş kita­bəyə zərər verilib. Sərdabənin giriş qa­pı­sının eni 1 m, uzunluğu 3 m, hün­dürlüyü isə 1,5 m civarındadır. Qaya daşları ilə hörülüb. 

Ağudi kəndi Qafqazın 5 vers­t­lik xəritəsində “Aqudı” formasın­da qeyd edilib[ii] Kənddə 1831-ci ildə 60, 1873-cü ildə 450, 1886-cı ildə 903, 1897-ci ildə 1162, 1908-ci ildə 1345, 1914-cü ildə 1070 nəfər azər­bay­canlı yaşa­yıb[iii]. 1918-ci ildə kən­din azərbay­canlı əhalisi soyqı­rı­mı­­na mə­ruz qalaraq qovul­muşdur. So­vet ha­ki­miyyəti quru­lan­­dan sonra kənd sa­kinlərindən sağ qalanlar doğ­ma evlə­rinə qayı­da bilmiş­dir. Burada 1922-ci ildə 298, 1926-cı ildə 319, 1931-ci ildə 496, 1959-cu ildə 828, 1970-ci ildə 1222 nəfər[iv] azər­bay­canlı yaşa­mışdır. 1988-ci ilin no­yabr-dekabr aylarında kəndin azər­bay­­canlı əhalisi deportasiya olunub.

Sərdabənin üzərində həkk olunan yazı­lar­dan da mə­lum olur ki, ərazidə türk tay­faları ya­şa­yıb.  Topo­nim qədim türk dilində “hörmətli, uca, yüksək” mənasında işlənən “ağ” sözü ilə “uti//udi” türk­dilli tay­fa­nın adı əsa­sın­da for­ma­laşmışdır[i]. Etnoto­po­nim­dir. Qu­ruluş­ca mü­rəkkəb to­po­nimdir.
 


[i] Qeybullayev Q. Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.119


 


[ii] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.6

[iii] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.76–77, 146–147

[iv] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.77, 147