Ağudi kəndində qoç fiqurlu məzar daşı

Tarixi:
Orta yüzilliklər
Yerləşmə /
Əvvəlki toponim:

Gən­­­cə quber­ni­y­a­­­­sı Zən­gə­zur qə­­­za­sı, in­diki Sis­yan ra­yo­nun­da­kı Ağu­di kən­d­in­d­ə

Yerləşmə /
Hazırkı toponim:

Ağudi kəndi -19.04.1991-ci ildən – Aqitu adlandı­rı­lıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Ağudi kənd­in­də­ki qoç fiqurlu mə­zar daşı er­mə­nilər tərə­fin­dən mənim­sə­ni­lib, erməni abi­də­si kimi təqdim olunur.

Məlumat:

Ağudi kəndinin tarixinin zənginliyini ora­da olan çoxlu sayda türk-oğuz abidələri təs­diqləyir. Köhnə qəbir­is­tan­lıq deyilən əra­zidə oğuz qəbirləri, qəbirüstü hey­kəl­lər və sənduqələr, Nüvədi və Urud abidələti ilə oxşarlıq təşkil edir. Orada orta yüz­il­lik­lə­rə aid qoç fiqurlu mə­zar daşı qaya da­şın­dan yonulub [i]. Fiqurun heykəl ki­mi in­cə­lik­lərə malik olması o dövrdə sənət və sənət­­kar­lı­ğın inkişaf etdiyini göstərir.  Orta əsr­lərə aid Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azər­bay­canlı yaşa­yıb. 1918-ci ildə 400  azər­bay­canlı ermənilər tərə­fi­n­dən məscidə dol­du­rulub yandırılıb qalan əhali isə kənd­dən qo­vulub[ii]. İndiki Ermənistanda Sovet haki­miy­yəti qurulandan sonra kənd sa­kin­lər­indən sağ qa­lan­lar doğma evlərinə qayı­da bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər ,1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər azərbaycanlı yaşayıb[iii].

Toponim qədim türk di­­­lində “h­ö­r­­­­mətli, uca, yük­s­ək” mə­na­sın­da işlənən ağ sözü ilə uti//udi türk dilli tay­fanın adı əsas­ın­da yara­nıb [iv].  Bu qədim türk-oğuz abi­də­si də əra­zinin az­ər­bay­­canlı yurdu ol­du­ğunu gös­tə­rir.

 

[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 29.

[ii] https://az.wikipedia.org/wiki/A%C4%9Fudi

[iii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 76-77, 146-147.

[iv] Qeybullayev, Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) / Q.Qeybullayev . – Bakı: Elm, 1990 . – S. 119.

Fotolar:
Videolar: