Əsas şəkil

Ağzıbir kəndində qala

Tarixi
E.ə I minilliyin sonları
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­niyası Yeni Ba­yazid qəza­sı­nın, Kəvər ra­yo­nundakı Ağzıbir[i] (Kəməndbulaq) kəndində
 


[i] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго 

отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 5

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu–12.04.1959-cu ildən–Kamo, Ağzıbir kəndi–7.12.1945-ci ildən–Lçap ("Аcаp")

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ağzıbirin əra­­zi­sindəki qala komplek­sinin bünövrə qalıq­ları əra­zidə qal­maq­dadır. Bunlar ermə­ni­lər tərə­findən mə­­nim­səni­lə­rək, er­məni abi­dəsi kimi təq­dim edilir.

Məlumat

1934-cü ildə Ermitaj muzeyi əmək­daşlarının Göyçədə apardığı arxeoloji qazıntılar zamanı Ağzıbirin ərazisində aşkarlanmış qala kompleksinin bünöv­rə qalıqlarının akademik B.Piotrovski tərə­findən eramızdan əvvəlki I min­illiyin sonlarına aid edilməsi isə oğuz türkünün bu yerləri binələşdir­məsinin azı 2000 illik tarixini təsdiq­ləyən elmi–maddi sü­butdur. Böyük sal qaya və çay daş­larından tikilən qala kəndin əhali ya­şayan hissəsini əhatə edib. Kənd və qalanın bir hissəsi Göyçə gölünün ətra­fına qədər uzanıb.

1723-cü ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq olunmuş strukturlaşmaya əsasən kənd İrəvan əyalətinin Göyçə nahiyə­sinin inzibati bölgüsünə daxil edilmiş və sənədlərdə Kəməndbulaq kimi təsnif­lənmişdir. Bu 1728-ci ildə Şah Əhməd Məhmət xan oğlu tərə­findən təsdiq­lənərək, tuğralanmış “İrə­van əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsindəki qeydlərdən bəlli olur.[i]

Kənddə 1831-ci ildə 108, 1873-cü ildə 380, 1886-cı ildə 557, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır.[ii] 1918-ci il­də 755 olan kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovul­muşdur. İn­diki Ermənistanda sovet höku­məti quru­landan sonra sağ qalan azərbay­canlılar öz doğma kəndlərinə dönə bilmişlər. Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır.[iii] 1922-26-cı illərdə kənddə ermənilər yerləş­dirilmiş və azərbaycanlılar sıxışdırıl­mışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni,[iv] 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır.

Toponim "tək bir çıxacağı olan yer", "ki­çik dağ yolu" mə­na­sında iş­lənən ağzıbir sözü əsasın­da[i] for­malaş­mış­dır. Kənd adını yer­ləşdiyi əraziyə görə al­mışdır. Toponi­min ya­ran­ması Göyçə gölünə yal­nız quru ilə çıxışı (ağzı) olan ya­rımada ilə bağlıdır.


 


[i] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго  отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 67,9,39


 


[i] Vilayətoğlu, S. “Oğuz Elinin müqəddəs ocağı Göyçə”/Salman Vilayətoğlu.Bakı, 2006–S.147

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s. 68–69, 144–145

[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.145

[iv] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvanMelkonyan fond, 1932. s.69, 145