Əsas şəkil

Alagöz karvansarası

Tarixi
XII–XIII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Kərbibasar ma­halının Əş­tə­rək rayonun­da Alagöz yolu üzərində

Yerləşmə
Hazırkı toponim

Kərbibasar mahalının Əş­tərək ra­yo­nu–Aşta­rak 

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

Kərbibasar (Ara­qatsotn) vilayətinin əra­­zisindəki kar­vansara er­mənilər tərə­fin­­dən dağıdı­la­raq məhv edi­lib. Hazırkı dövrdə kar­van­­sa­ranın ön giriş qapısının bir hissəsi, ət­raf və orta di­var­larından ki­çik parçalar qa­lıb[i].
 


[i] http://monuments.az/2024/01/29/erm%c9%99nil%c9%99r-araqatson-%c9%99yal%c9%99tinin-karvansaralarini-kutl%c9%99vi-s%c9%99kild%c9%99-m%c9%99hv-edibl%c9%99r/

Məlumat

İndiki Ermənistanın Kərbibasar (Araqatsotn) vilayətinin tarixi ya­şa­yış məntəqələrinə gedən yolda öz memarlıq-tikinti kompozisiyası ilə Azər­baycan mədəni-irsinin dün­­yəvi tarix-memarlıq abidələri ara­sında xüsusi yer tutan karvan­sara­lardan biridir. 

Karvansara, əsasən, yerli pud daş­lardan və əhəng məhlulu ilə ti­ki­lib. Karvansaranın inşası üçün məkan seçərkən yaxınlıqda içməli suyun olması, eləcə də ərazinin kü­lək və qar fırtınalarından qorun­ma­sı nəzərə alınıb. Karvansara kom­plekslərinin inşaası zamanı həm insanların, həm də yük hey­van­larının yerləşməsi üçün yerlər inşa edilirdi. Məhz buna görə də karvansaraların memarlıq və tikin­ti həlli orijinallığı ilə seçilirdi. 

Plan baxımından düzbucaqlı, tək­nefli və üçnefli karvansara uzun­sov zal tipli tikililərdəndir. Kar­vansara zalının uzunluğu 30 metrə çatırdı. Dəhliz boyunca tağlı damın dayan-dığı paralel qoşa dirəklər və pi­lastrlarla tamamlanıb. Karvan­sara­nın dəhlizlərinin damı daş plitələr­lə örtülü idi.  Giriş qapısı eninə, yan divardan fasada açılırdı. Kar­van­­saranın zalı  binanın damında açı­lan deşiklərlə işıqlandırılırdı. Bəzi karvansaralarda isə qalalar və saraylarda olduğu kimi binanın divarları və küncləri vasitəsilə işıq­landırılır və havalandırılırdı[i]

Memarlıq ba­xımından Ala­göz karvansa­rası Azərbay­ca­nın, demək olar ki, bütün karvansaraları ilə oxşar me­mar­lıq kompo­zisiyasına ma­likdir. Onlar yalnız ölçü və üslub xüsu­siy­­yətlərinə, yəni böyük və ya kiçik olmala­rına görə bir-birindən fərq­lənirdi.


 


[i] http://monuments.az/2024/01/29/erm%c9%99nil%c9%99r-araqatson-%c9%99yal%c9%99tinin-karvansaralarini-kutl%c9%99vi-s%c9%99kild%c9%99-m%c9%99hv-edibl%c9%99r/