- Tarixi
- 901-ci il
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasına bağlı Axta rayonundakı Alapars (Alparus, Əlkovas, Əlkavus) kəndində
- YerləşməHazırkı toponim
Axta rayonu–Razdan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Hal–hazırkı dövürdə istifadəyə yararlı vəziyyətdə olub erməni kilsəsi kimi fəaliyyət göstərir.
- Məlumat
Alapars kəndindəki alban məbədi bölgədəki böyük məbədlərdən idi. Məbədin uzunluğu 10–12 metr, eni 5–6 metr, hündürlüyü isə 3–3.5 metr civarında idi. Məbəd müxtəlif növ hörgü daşları ilə tikilmiş, hörgüdə ağ əhəngdən istifadə edilmişdir. Qabaq sol tərəfdə dəmir barmaqlıqlı bir pəncərə və sağ yan tərəfdə bir pəncərə ilə qapı olub. Məbəd ermənilər tərəfindən XIX yüzildə təmir edilərkən kirəmit daş örtüyü aliminyum listlərdən dözəldilmiş dam örtüyü ilə əvəz olunub. Ön tərəf qapıya məbədi erməniləşdirmək məqsədi ilə qırmızı mərmər istifadə etməklə iki mərtəbəli dördkünc güllə inşa olunub. İkinci mərtəbədəki güllənin üstünə 1 metr hündürlüyündə piramid formalı seramik tavan inşa olunub və başına xaç yerləşdirilib.[i]Kəndin köklü sakinləri azərbaycanlılar olub. Ermənilər bura 1829-30-cu illərdə İranın Xoy, Maku, Türkiyənin Salmas, Van, Alaşkert vilayətlərindən köçürülmüşdür.[ii] 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdür.[iii] 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840-50-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi–etnik torpaqlarından çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir.
Toponim rəng bildirən “ala” sözü ilə bars türk etnonimi[i] əsasında formalaşmışdır.Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
[i] Древнетюркский словарь, Л., «Наука», 1969. s.84
[i] https://az.wikipedia.org/wiki/Alapars#/media/Fayl:Alapars_Vardanavank_901.JPG
[ii] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, “İrəvan Universiteti”, 1986. s.69
[iii] Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016–03–06 at the Wayback
Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591–594
