- Tarixi
- VII-VIII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazet qəzasına bağlı Axta rayonundakı Alapars (Alparus, Əlkovas, Əlkavus) kəndində
- YerləşməHazırkı toponim
Axta rayonu–Razdan.
- Təsnifatı
Dekorativ – tətbiqi sənət
- Mövcud vəziyyəti
Alapars kəndində mövcud olan kitabələr və qədim insanlara aid ocaq yerləri erməniləşdirilib, erməni abidələri kimi təqdim olunur.
- Məlumat
Alapars kəndi yaxınlığındakı Kotandağ yüksəkliyindəki kahalarda 1988-ci il deportasiyasına qədər toxunulmamış qalan daş kitabələr və ibtidai insanın primitiv məişət izlərini əks etdirən onlara aid ocaq yerləri və məişət əşyaları oğuz türklərinin bu yurdda məskunluğunun azı 2000-2500 illik tarixini və “Kitabi Dədə Qorqud” süjetlərinin cərəyan etdiyi məkanların real coğrafi ərazilər olduğunu təsdiq edən maddi dəlillərdir.[i]
Kəndin köklü sakinləri azərbaycanlılar olub. Ermənilər bura 1829-30-cu illərdə İranın Xoy, Maku, Türkiyənin Salmas, Van, Alaşkert vilayətlərindən köçürülmüşdür.[ii] 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdür.[iii] 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840-50-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi–etnik torpaqlarından çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir.
Ağsaqqallar bu yerləri qan çanağı, gedər–gəlməz, başqa bir diyar kimi təsnifləyirdilər. “Dədə Qorqud kitabələri”ndə yer alan yurd yerlərindəndir. Alparus kəndinin coğrafi mövqeyi bu yönlü düşüncələrə əsas verir. Belə ki, kənd həqiqətən də Göyçənin qurtaracağında, Göyçə hövzəsini əhatələmiş dağların yamacında yerləşib.
[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.151
[ii] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.69
[iii] Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016–03–06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591–594
