Aldərə kənd məscidi
Zəngəzur mahalı Mığrı (Meğri) rayonundakı Aldərə kəndində.
Mığrı – Meğri, Aldərə.
Memarlıq
Azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə məscidin qalıqları mövcud olub.
Toponim qədim Azərbaycan dilində “qırmızı” mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) “dərin çuxur” mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və “qırmızı dərə” mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır [i].
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Aldərə kəndində XIV-XVI yüzillərə aid kilsə, qala və müxtəlif abidələr mövcud olub. Aldərə məscidi də bu tarixi abidələrdən biridir. Aldərə kənd məscidi müqəddəs məkan kimi xalqın uzun illər qoruduğu, sahib çıxdığı, ibadət etdiyi məkanlardan olub.
1918-ci ildə Andranikin hücumu nəticəsində kəndlə birlikdə məscid binası da yandırılıb. Sovet hakimiyyəti dövründə məscidin bərpasına icazə verilmədiyi üçün xarabalığa çevrilib[ii]. Sovet dövründə yarı uçurulmuş vəziyyətdə olan məscidin qalıqları 1988-ci il deportasiyasına qədər qalmaqda idi [iii].
Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılıb [iv]. Qədim Ağadədə ziyarətgahı ərazisində qədim Türk-Oğuz mədəniyyətlərinin nümunələri olan tarixi abidələr var idi [v].
Məscid Aldərədə qədim dövrlərdən Azərbaycan irsini bu ərazidə yaşadan tarixi abidə kimi əhəmiyyət daşıyır.
[i] https://az.wikipedia.org/wiki/Ald%C9%99r%C9%99; http://www.aldara.az/index.php?id=9
[ii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S.A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.
[iii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 26; Azərbaycan SSR EA Xəbərləri. – 1989. – № 4. – S. 88.
[iv] https://armenianvandalism.preslib.az/az_armenia.html
[v] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 69.