- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Amasiya rayonunun Tezbahar kəndində
- YerləşməHazırkı toponim
Amasiya rayonu – 09.09.1930-cu ildə yaradılıb, Tezbahar kəndi –Qıdaşen
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
950-ci illərdə Turkiyə ilə Ermənistan arasındakı sərhədə tikanlı məftillər çəkilib, sərhəd bağlanandan sonra bu ziyarətgah sərhədin içində qalmışdır[i]. Bundan sonra Allahu Əkbər ziyarətgahını ziyarət etmək mümkün olmayıb.
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.17
- Məlumat
Kənd Türkiyə sərhədində yerləşir. Azərbaycan əhalisinin sakral irfan ocaqlarından olan Allahu-Əkbər ziyarətgahı kənd və bölgə əhalisinin ən çox ziyarət etdiyi ocaqlardan idi.
Allahu-əkbər ziyarəti Allahu-əkbər dağının başında, Qıdaşen (Tezbahar) kəndinin üstündə yerləşir. Bu pir Allahu-Əkbər dağında yerləşdiyinə görə dağın adı ilə “Allahu-Əkbər” ziyarəti adlanır. Ziyarətgah uzunluğu bir metrdən artıq çay daşından (baş daşı) ibarətdir, onun ətrafında hasar vardı. Ziyarətgah çox sınaqlı idi. Yaşlıların dediklərinə görə, bu ziyarətgah XX əsrin 50-ci illərinə qədər yerli əhali tərəfindən ziyarət edilir, üstündə qurbanlar kəsilirdi. 50-ci illərdə tikanlı məftillər çəkilib, sərhəd bağlanandan sonra bu ziyarətgah sərhədin içində qalmışdır[i].
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.17
Fotolar

