- Tarixi
- V-VI yüzil
- YerləşməƏvvəlki toponim
Yelenovka rayonunun Abbasgölü kəndi ilə həmsərd Allahverdibəyli kəndində
- YerləşməHazırkı toponim
Yelenovka rayonu 1935-ci ildən–Sevan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Allahverdibəyli kəndindəki Türbənin xərabəlikləri 1988-ci il deportasiyasına qədər toxunulmamış qalırdı.
- Məlumat
Allahverdibəyli kəndindəki türbə kənddən 200-300 metr şərqdəki qədim qəbiristanlığın olduğu ərazidə yerləşirdi. V-VI əsrlərə aid türbə azərbaycanlıların qədim dövrdən burada məskunlaşdığını göstərir. 1826-1829-cu illərdə baş vermiş Rusiya–İran, Rusiya–Türkiyə müharibələri zamanı türbə də ziyan görmüşdü. Allahverdibəyli kəndi Səfəvilər dövlətinin Çuxur–Səd bəylərbəyinin Kəvər nahiyəsinə daxil olan inzibati vahidlərdən biri kimi səciyyələnir. Erməni mənbələrində isə kəndin adına ilk dəfə 1826-1829-cu illərdə baş vermiş Rusiya–İran, Rusiya–Türkiyə müharibələri zamanı erməni–rus hərbi birləşmələrinin Göyçə mahalında dağıtdıqları 108 türk kəndindən 67–sinə İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir.[i] Elə həmin tarixçinin tərtib etdiyi başqa bir siyahıda yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan məntəqələrin siyahısında və ondan sonrakı dövrlərə dair rəsmi hesabatlarda bu qədim obanın adı yoxdur.[ii]
Allahverdibəyli kəndindəki V-VI yüzilə aid türbə ərazidə azərbaycanlıların məskunlaşma tarixinin 1500 ildən çox olduğunu sübut edir.
