- Tarixi
- V-VI yüzil
- YerləşməƏvvəlki toponim
Yelenovka rayonunun Abbasgölü kəndi ilə həmsərhəd Allahverdi bəyli kəndində
- YerləşməHazırkı toponim
Yelenovka rayonu 1935-ci ildən–Sevan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasına qədər kitabələrin qalıqları toxunulmamış qalırdı.
- Məlumat
Allahverdibəyli kəndində V-VI əsrlərə aid oğuz kultunun izlərini daşıyan çox sayda abidələr mövcud olub. Qədim qəbiristanlıq ərazisindəki qəbirüstü abidə və onların üzərindəki qəbirüstü kitabələrin qalıqları oğuz türkünün bu yerlərdə məskunlaşmasının azı 1500 illik tarixinə şəhadət verən maddi sübutlardır. Kənddə yalnız azərbaycanlılar yaşayıb. Erməni mənbələrində isə kəndin adına ilk dəfə 1826-1829-cu illərdə baş vermiş Rusiya–İran, Rusiya–Türkiyə müharibələri zamanı erməni–rus hərbi birləşmələrinin Göyçə mahalında dağıtdıqları 108 azərbaycanlı kəndindən 67-sinə İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Elə həmin tarixçinin tərtib etdiyi başqa bir siyahıda–yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan məntəqələrin siyahısında və ondan sonrakı dövrlərə dair rəsmi hesabatlarda bu qədim obanın adı yoxdur. Ermənilər dağılan kəndin bərpasına imkan verməmişlər.[i]
XVI əsrin ikinci yarısına dair məxəzlərdə isə Allahverdibəyli Səfəvilər dövlətinin Çuxur–Səd bəylərbəyinin Kəvər nahiyəsinə daxil olan inzibati vahidlərdən biri kimi səciyyələnir.
[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.149–150
