Əsas şəkil

Alma ağacı piri

Tarixi
XIX–XX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Basar­ke­çər rayo­nu­­nun İnək­dağı, 1976-cı ildən Yeni­kənd adla­nan kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu – Var­denis, İnəkdağı kəndi 19.04.1991-ci ildən Tre­tuk 

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

1987–1991-ci illərdə baş ve­rən azər­­bay­can­lı­ların küt­ləvi de­­porta­si­ya­sın­dan son-ra azər­bay­can­lı­lara piri zi­ya­rət et­mək im­kanı ve­ril-məyib.

Məlumat

Kənd ərazi­sin­də müqəd­dəs pirlərlə yanaşı,  məş­hur yurd yer­ləri – Qurban bulağı, Ağbu­laq, Soyuq bu­laq, Şuşəli bulaq, Xacca qarının yeri, Qurban biçən yer, Pörnək biçən yer, Boş­çala biçə­nəyi, Calaçu­xur biçənəyi, At tutulan də­rəsi və biçə­nə­yi, Bay­ram­­qulu dərəsi, Göy­döş örü­şü, Çaldağ əkənəyi və baş­qa yerlər vardı. Kəndin ərazisində  su ilə işləyən 3 də­yirman ol­muş­dur. Bun­lar Həmidlilər tayfasından Bəşirin, Daş­dəmirlilər tay­fasından Xamoyun və Məşədilər tay­fasından Əsgərxanın un dəyirman­ları idi. Bütün bunlar kəndin əzəli sakin­lə­ri­nin azərbay­can­lılar oldu­ğu­nu göstərir.

Kəndin müqəddəs ziyarətgahla-rın­dan olan Alma ağacı piri kənd­dən 1 km şimal hissədə yerləşir.  Al­ma ağacı piri bölgənin tanınmış sınaqlı dini abidələrindəndir. Həmin pirlərə kənd əhalisi ilə birlikdə qon­şu kəndlərin də əhalisi niyyət edər, nəzir diləyər və qurban kəsərdilər. Ortasında Ulu Tanrıdan bəxş edilən kiçik sandıqça şəklində dörd ədəd alma ağacının birləşməsindən əmələ gələn həmin pir çınqıllıq olan bir dərədə yerləşmişdir. Həmin ağac­dan 100–150 m aralıqda bir bulaq sı­zaraq ağacı suvarardı.

İnəkdağı kəndi rаyоn mərkə­zi Bаsаrkеçərdən 19 km məsаfədə yеr­­lə­şir. Məlumat aldığımız mənbə­lə­rə görə, İnəkdağı kəndinin yaran­ma tarixi XVIII əsrin başlanğıcında (1715–1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağ­lıdır. Kəndin adının mənası kən­din şimal hissəsin­dəki yüksəklikdə yer­lə­şən inək­ forma­sında olan dağın adı ilə bağlıdır. Deyi­lən­lərə görə, da­ğın ətrafındakı meşə­likdə vaxtilə maral sürüləri yaşayırmış. Marallar­dan biri kəndin Dərişdilər tay­fa­sın­dan Aişə nənənin qapısına gələrək sağılardı.

13 aprel 1919-cu ildə tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, İnəkdağı və ətraf kəndlərə basqın etmiş, əhalisini yurd-yuva­sın­dan didərgin salmışlar. Söyüdlü aşırımından Kəlbəcər tərəfə aşmağa can atan 400 ailə qara, çovğuna dü­şə­rək Sümüktökülən dərədə kütləvi şəkildə donvurmadan məhv olmuş­lar[i].
 


[i] Əroğul Əlisahib . Erməni-daşnak faşizmi və Azərbaycan (bədii publisistika). Bakı: Təhsil, 2007-ci il.

Fotolar