Əsas şəkil

Anabat sərdabəsi

Tarixi
1275-ci il
Yerləşmə
Əvvəlki toponim

Dərələyəz ma­h­a­­lı Keşiş­kənd ra­yo­nunun Ama­ğu kənd­indən 2 km ara­lı­da, Ar­pa çayı ilə Amağu çayı arasında.

Yerləşmə
Hazırkı toponim

Dərələyəz m­a­ha­lı – dəyiş­di­­ril­miş adı Vayots Dzor vilayəti Keşi­ş­kənd ra­yo­nu - 06.12.1957-ci ildən – Ye­ğe­q­­nad­zor ad­lan­dı­rılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Dirsə xanın mə­n­­sub olduğu Or­berianlar sü­la­l­ə­si Turan nəs­l­i­n­dən idi. Era­mız­dan əvvəl İbe­riya əra­zi­sin­də məskunlaşıb, XII yüzildə El­də­gizlər xa­nən­da­nına sığınmış, son­radan Sünik Or­belianları sü­la­ləsinin əsasını qo­yublar [i].

 

[i] Azərbaycan folkloru antologiyası / AMEA, Folklor İn-tu; topl.tərt. ed.: H.İsmayılov, Ə.Ələkbərli; red. İ.Abbaslı. –Kitab 10. -  Bakı: Səda, 2004. –  S. 12-13.

Məlumat

Dirsə (Tərsa) xan XIII-XIV yüzillərdə Də­rə­ləyəz-Zəngəzur ərazilərində hökm-dar­lıq etmiş Orberianlar sülaləsinin ən məşhur hakimlərindən biri olub. Anabat sər­dabəsini ucaldan Dirsə xan 1290-cı ildə Dərələyəzin Arpa kəndində vəfat edib və bu nəslə aid Anabat sərdabəsində dəfn olunub. Dirsə xandan başqa həyat yoldaşı Mina Xatun, gəlini Arus Xatun, oğlu Can Buğa (Buğaç) və başqaları da Anabat sərdabəsində dəfn olunublar.

Anabat sər­da­bə­si 1988-ci il de­por­­tasiyasından sonra ermənilər tərəfindən dağı­dı­lıb, xara­ba­lıq­la­rı qalıb.