Arçut kənd məscidi

Tarixi:
1041-ci il
Yerləşmə /
Əvvəlki toponim:

Pəmbək ma­ha­lı­nın Bö­yük Qa­ra­kilsə ra­yo­­­nu­nun Ar­çut kən­d­ində yer­ləşir.

Yerləşmə /
Hazırkı toponim:

Pəmbək mahalı – Quqark.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Arçut k­ən­din­də­ki digər az­ə­r­­­b­ay­can­­lı izləri olan abi­­də­lər və qə­dim kənd məs­cidi da­ğı­dı­lıb, xa­raba­lıq­la­­rı qalıb.

Məlumat:

Arçut kənd məscidi 1041-ci ildə tikilib. Qa­rakilsə rayonu ərazisindəki ən qə­dim məscidlərdən biridir. Ancaq azər­bay­can­lı­la­rın yaşadığı Arçut kəndində VII, XII, XIV yüzilliklərə aid Türk-Oğuz tarixi abi­də­ləri, mədəniyyət qalıq­ları və qə­bir­is­tan­lıqlar vardı. Qə­bi­ri­s­­tan­lıqdan tapılmış daş ki­tabələr burada azər­bay­can­lı­ların ya­şa­dı­ğını sü­but edir. 

Kəndin köhnə qəbiris­tan­lı­ğın­­da qəbir daşı üzərində “Məhəmməd – 831” (əski oğuz əlifbası ilə) yazılmış söz­ləri əyani nümunə hesab etmək olar. Kənd­in ərazisi qədim tarixi abidələrlə zən­gin idi [i], [ii], [iii].

Toponim artuç (ar­­dıc) bitki adı əsa­­­sın­da ya­ra­n­ı­b­. Fito­to­po­nim­­dir. Qu­ru­lu­ş­­ca sa­­də­­dir. Kənd­də 1711-ci ildən eti­ba­­rən m­əs­cid, f­o­l­­­k­­lo­ru qış fəsli fev­­­ral (boz) ayı – Xı­­dır Nəbi b­a­y­­­ra­­­mı, qodu oy­nat­­­­maq kimi ad­ə­t­­­lər olub. M­­ə­s­­cid və dini   me­m­a­­r­­­lıq k­ə­n­d­ in qə­­­dim A­z­ə­r­­bay­­can yur­du ol­­­­du­ğu­nu gö­s­tə­­­rir.

 

[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. –  Bakı, 2008. –  S. 144-145.

[ii] Древнетюркский словарь. –  Л.: Наука, 1969. –  S. 57.

[iii] https://az.wikipedia.org/wiki/Ar%C3%A7ut

Fotolar:
Videolar: