- Tarixi
- 1321-ci il
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Şərur–Dərələyəz qəzasında, sonradan Keşişkənd (Yeğeqnadzor) rayonundakı Arpa kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Arpa kəndinin adı 10.9.1946-cı il fərmanı ilə dəyişdirilib, Areni qoyulmuşdur.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qədim dövrə aid alban abidəsinin–məbədinin qalıqları indi də durur. Ermənilər alban türklərinə aid kilsəni mənimsəyib, erməni abidəsi kimi təqdim edir.
- Məlumat
Rayon mərkəzindən 12 km cənub–şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin–məbədinin qalıqları indi də durur.[i] Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır.[ii] Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[iii] Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə isə 15 nəfər azərbaycanlı yaşamışdır.[iv] 30-cu illərdə azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim Arpa türk şəxs adı[i] əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir.[ii]
Qafqaz Albaniyasının tarixi ilə bağlı abidələr önəm kəsb edir. Bu abidələr bölgə və sakinləri haqqında tarixi mənbə rolunu oynayır.
[i] Sümər Faruq. Oğuzlar, Bakı, “Yazıçı”, 1992. s.156
[ii] Mirzəyev H. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”, Bakı, ADPU, 1997. s.237
[i] https://www.facebook.com/photo/?fbid=4339650952777668&set=a.103688689707270
[ii] Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, “İrəvan Universiteti”, 1986. s.421
[iii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.20
[iv] Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство “Мелконян фонд”, 1932, стр. 90–91;
