Əsas şəkil

Aruç kəndində karvansara

Tarixi
XIII əsr
Yerləşmə
Əvvəlki toponim

Kərbibasar ma­ha­lının Əştə­rək rayonunun Talış kəndində 

Yerləşmə
Hazırkı toponim

Əştərək ra­yo­nu–Aşta­rak, Talış kəndi 11.11.1970-ci ildən  Aruç 

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Aruç kəndindəki azərbaycanlı-lara aid karvansara 2008-ci ildə ermənilər tərəfindən dağıdılaraq bərbad vəziyyətə salınıb. Binanın yalnız şimal-şərq hissəsi qalıb[i].
 


[i] http://monuments.az/2024/01/29/erm%c9%99nil%c9%99r-araqatson-%c9%99yal%c9%99tinin-karvansaralarini-kutl%c9%99vi-s%c9%99kild%c9%99-m%c9%99hv-edibl%c9%99r/

Məlumat

Talış kəndindən 1 km şi­mal-qərbdə, İrəvan-Gümrü avto­mo­bil yo­lunun sol tərəfində yerlə­şir. Kar­vansara XIII əsrdə tikilib. Kar­van­sara tək zallı, üçnefli kar­van­saralar tipinə aiddir və nəfis, təmiz işlən­miş hörgüsü ilə seçilir­di. Üç­nef­li strukturun uzununa za­lında tağ­lı damın əsas ağırlığını da­şıyan altı cüt dirək quraşdırıl­mışdı. Yega­nə giriş qapısı cənub fa­sadına açı­lırdı, binanın divarları və küncləri qüllə­lərlə möhkəm­lən­dirilmişdi[i]

Yol kənarında yerləşib, ora­dan ke­çən in­san­lar, xü­susilə də səy­yah­­­­lar üçün ge­cələməta­cir­lər ü­ç­ü­n isə həm me­h­man­xa­­nahəm  mal­­la­r­ı­nı sat­­maq və mü­ha­fizə üçün anbar rolunu oyna­yıb. Karvansaranın yerləşdiyi Talış kəndi türk-oğuz boylarının yurdu olub, kənddə ancaq azərbaycan­lı­lar yaşayıb. 

Əştərək rayonunun Talış kəndi VII  əsrdən bəri qədim arman-türk və müxtəlif türk tayfalarının mi­ras­ları olan maddi-mədəni abidə­lər­lə zəngin olan bir kənddir. Kənd­dəki karvansara, məbəd və yaşayış yerinin bir qismi qala di­varları ilə əhatə olunub. XIII–XIV  əsrlərdə tikilən qalın qala divarları uzun əsrlər müharibə və hücum­la­ra tab gətirə bilib. Kənd əhalisi XIX əsrin 40–50-ci illərində zorla köçürülüb, kəndə İrandan və Tür­ki­yədən gətirilən ermənilər (43 ailə­də 370 nəfər) yerləşdirilib [ii],[iii],[iv],[v],[vi],[vii] .

Talış kar­van-sarası haqqın­­da məlu­mat­la­rın 1590 və 1728-ci il­lər­də tərtib olu­nan Osmanlı müfəssəl dəf­tə­­rin­də və Çar Ru­siyası mən­­bə­lərində  yer al­­ması, Azər­bay­can irsinə aid abidə ol­ması baxı­mın­­dan əhə­miy­­yət kəsb edir. Topo­nim Qızılbaş türk tayfasın­dan olan “talış” et­no­nimi əsa­sında əmələ gəlib, etnoto­ponim­dir. Qu­ruluşca sadə to­ponim­dir.[i].
 


[i] Əfəndiyev, O. Azərbaycan Səfəvilər dövləti / Oqtay Əfəndiyev; tərc ed. K.Muxtarov; elmi red. X.Qasımov. – Bakı: Azərnəşr, 1993. – S. 195.


 


[i] http://monuments.az/2024/01/29/erm%c9%99nil%c9%99r-araqatson-%c9%99yal%c9%99tinin-karvansaralarini-kutl%c9%99vi-s%c9%99kild%c9%99-m%c9%99hv-edibl%c9%99r/

[ii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович  Шопен. –  СПб.:

[iii] Буниатов, Н.Г. Архитектура Армении / Н.Г.Буниятов, Ю.С. Яралов. –  Москва, 1950. – C. 46-47.

[iv] Арутюнян, В.М. Памятники армянского зодчества / В.М.Арутюнян, С.А.Сафарян. –  М., 1951. – C. 45.

[v] Токарский, Н.М. Архитектура Армении IV-XIV вв. / Н.М.Токарский. –  Ереван, 1961. – C. 61-63, 107-108.

[vi] Архитектурные памятники Армении. – М., 1974. –  C. 7.

[vii] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 265.