Aşağı Qaranlıq qəbirüstü abidəsi
İrəvan quberniyası Yeni-Bəyazid qəzasında Göyçə gölünün sahilindəki Aşağı Qaranlıq şəhər tipli qəsəbədə.
Aşağı Qaranlıq 1926-cı ildən Martuni, 7.11. 1995-ci ildən Geğarkunik vilayəti ərazisinə daxil edilib.
Memarlıq
Hazırda erməni abidəsi kimi təqdim olunur
Aşağı Qaranlıq kəndi qədim Azərbaycan dövləti Qaraqoyunluların yurd yeri olub. Kənd ticarət və sənətkarlıq baxımından inkişaf edib. Kəndin içində və kənarında o dövrə aid tikililərin xarabalıqları 1988-ci il deportasiyasına qədər qalırdı. Kənddə arxeoloji qazıntıların aparılması orada Azərbaycan tarixinə aid mühüm abidələrin üzə çıxmasını təmin edər. Aşağı Qaranlıq kəndi qədim oğuz qəbirləri və qəbirüstü abidələrin ən çox olduğu ərazidir. Sinə və başdaşları naxış və at, qoç fiqurları, yazılar əks olunan məzarlar qəbiristanlığa abidələr muzeyi görkəmi verir. Qaraqoyunlu tayfasının oğuz bəylərindən olan Əhməd ibn Qasımın qəbirüstü abidəsi (1540- 1575) də burada yerləşir [i], [ii]. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində “təpə”, “qaya” mənasında işlənən qara sözü əsasında əmələ gəlib “təpəlik, dağlıq, qayalıq yer” mənasını bildirir [iii].
Aşağı Qaranlıq kəndində mövcud olan qəbirüstü abidələr də bu ərazidə qədim dövrdə türk -oğuz boylarının yaşadığını təsdiq edir.
[i] https://ok.ru/qerbi.azerbaycan/topic/67617693229278
[ii] https://ok.ru/qerbi.azerbaycan/topics
[iii] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – С. 256.