- Tarixi
- 1174-cü il
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonundakı Aşağı Talın (Türk Tatar Talını) kəndində
- YerləşməHazırkı toponim
Aşağı Talın kəndi–1978-ci ildən Nerkin Talin
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qala və qalanın üzərindəki kitabə hal–hazırkı dövrdə də qalmaqda və ermənilər tərəfindən fars abidəsi kimi təqdim olunur.
- Məlumat
Aşağı Talın (indiki Daştadem) kəndindəki qalada bölgəyə hakim olmuş Səlcuqlu vassalı Şəddadi Ani əmiri Sultan ibn Mahmudun adına Kufi hərfləri ilə yazılan qala kitabəsi mövcuddur.[i]. Qala üzərindəki Kitabədə deyilir: Allah 570-ci ilin müqəddəs Səfər ayında (1174-cü ilin sentyabrında) bu əzəmətli qalanın sahibi, Etiqad Bürcü olan, İslamı məşhurlaşdıran əmir Ulu Spasaları, Sultan Mahmudun oğlu, Şavurun oğlunu mükafatlandırdı? Kənddə yalnız azərbaycanlılar məskunlaşmış və 1873-cü ildə burada 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, yerli sakinləri azərbaycanlılar tarixi–etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.[ii]
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə türk dilində “söyüd ağacı[i], söyüd kolu” mənasında işlənən “tal” sözündən və türk dilində “daxma, koma, mağara, kaha” mənasında işlənən sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[ii]
[i] Мусаев К.М. Лексика тюркских языков в сравнительномосвещении, М., «Наука», 1975, 357 с.
[ii] Aşıq Ələsgər – 190 . – Bakı, 2011 . – S. 3–9
