- Tarixi
 - VI-VII yüzil
 - YerləşməƏvvəlki toponim
 İrəvan quberniyasının Yeni Bəyazet qəzasında yerləşən Basarkeçər rayonundakı Aşağı Zağalı (Ərgüş, – Ərgünkənd) kəndində
- YerləşməHazırkı toponim
 Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis, Aşağı Zağalı kəndi 12.08.1946-cı ildən–Tsovak (Göllü)
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Aşağı Zağalı kəndindəki alban məbədinin 1988-ci ildə azərbaycanlıların ermənilər tərəfindən kütləvi deportasiyasına qədər yerləşdiyi ərazidə qalıqları qalırdı.
- Məlumat
 Aşağı Zağalı kəndindəki alban məbədi kəndin kənarındakı təpəlik ərazidə yerləşirdi. Alban memarlığına aid element və nümunələri özündə əks etdirən kiçik məbəddə çox sayda mixi yazılı lövhələr mövcud olmuşdur. “Türkmənçay” müqaviləsindən sonra 1828-29-cu illərdə Türkiyə və İrandan köçürülən ermənilərin bir hissəsi də Basarkeçər rayonu ərazisində yerləşdirilmişdir. Zağalı kəndinə isə ermənilər 1830-cu illərdən sonra köçürülmüşdür. Bura köçürülən ermənilər Zağalı kəndinin yaxınlığında ayrıca kənd salmış və Zağalı kəndindən fərqləndirmək üçün kəndi Aşağı Zağalı adlandırmışlar. Burada ermənilərlə yanaşı azərbaycanlılar yaşamışdır. 1828-1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış və azərbaycanlılarla qarışıq yaşamışlar. XX əsrin əvvəllərində onlar çıxardılmışdır.[i]
Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən zağa sözünə -“lı” şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir.
[i] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Za%C4%9Fal%C4%B1
