- Tarixi
- E.ə.I minillik
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazet qəzasında yerləşən Basarkeçər rayonundakı Aşağı Zağalı (Ərgüş – Ərgünkand) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən – Vardenis, Aşağı Zağalı kəndi 12.08.1946-cı ildən–Tsovak (Göllü)
- Təsnifatı
Dekorativ – tətbiqi sənət
- Mövcud vəziyyəti
Aşağı Zağalı kəndində mövcud olan kitabələr qədim yaşayış yerində azərbaycanlıların tarixi dövrdən yaşadığını təsdiq edən sənəd olduğu üçün ermənilər tərəfindən 1988-ci ildə azərbaycanlıların deportasiyasından sonra tamamilə dağıdılıb.
- Məlumat
Aşağı Zağalı kəndinin qədim kitabələri haqqında azərbaycanlı tədqiqatçılarla yanaşı rus tədqiqatçı və arxeoloqları da əsaslı məlumat verib. B.Piotıovski özünün “BAHCKOE ЦАРСТВО" (Издательство Восточной Литературы. Москва-1959) kitabının 31-ci səhifəsində Aşağı Zağalı kəndi ərazisində tapılmış kitabələrdən söhbət açır və o kitabədə bu ərazilərdə mövcud olmuş dövlətin adının “Arkuniani–Arkukuni” kimi qeyd olunduğunu göstərir. Akademik B.Piotrovskinin ortaya qoyduğu tam anlaqlı bir toponimə–“Ərgün yurdu”, “Ərgün qalası” anlamına gələn “Arkuniani” kəlməsi uyğun gəlir. 1728-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsindəki qeydlərdə Məzrə nahiyəsində Ərgün kəndinin mövcud olması birmənalı şəkildə göstərilib.[i]
Aşağı Zağalı kəndi qədim kitabələrlə zəngindir. Buna görə də kitabələr ərazinin tarixinin tədqiqi edilməsində mühüm rol oynayır.
[i] B.Piotıovski. “BAHCKOE ЦАРСТВО" Издательство Восточной Литературы. Москва–1959, c,31
