- Tarixi
- E.ə I minillik
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazet qəzasında yerləşən Basarkeçər rayonundakı Aşağı Zağalı (Ərgüş, – Ərgünkand) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən –Vardenis, Aşağı Zağalı kəndi 12.08.1946-cı ildən–Tsovak (Göllü)
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Aşağı Zağalı kəndindəki kurqanlardan tapılmış eramızdan əvvəlki I minilliyə aid əşyalar Gürcüstan muzeyində saxlanır və onları bu muzeyə E.A.Lalayan adlı bir erməni verib.
- Məlumat
İ.Şopen tərəfindən tərtib olunmuş siyahılarında Aşağı Zağalının qədim adı Ərgün kəndi qeyd olunmayıb. Aşağı və Yuxarı Zağalı toponimlərinə isə ilk dəfə 1873-cü ilə dair sənədlərdə rast gəlinir. Həmin ilin rəsmi statistikasında Yuxarı Zağalının adı sırf türk kəndlərinin, Aşağı Zağalının adı isə qarışıq kəndlərin siyahısında keçir: 114 azərbaycanlı və 42 erməni ailəsi.[i] Halbuki bu kəndlərin yerində azərbaycanlıların 3000 min il əvvəldən məskunlaşdığı Ərgün kəndi olub. Akademik B.Piotrovski Zağalı qalasının terrasındakı torpaq kurqanlardan söhbət açarkən, onu da qeyd edir ki, qaladan bir az aralıda böyük kurqan məzarlığı olub və o tam mənada talan edilib. 1907-ci ildə erməni dilində çap olunmuş “Etnoqrafik icmal” kitabının 165-206-cı səhifələrində isə həmin Lalayanın özü 1906-cı ildə Zağalı qalasında apardığı qazıntı işlərinin təfsilatını verir. Akademik B.Piotrovski isə Lalayanın Zağalı və Ərgün kəndləri ərazisindən tapdığı əşyaları tədqiq edərək bildirir ki, Zağalı kurqanlarından əldə olunmuş maddi dəlillər həm qədimilik, həm də eyni bir mədəniyyətə məxsusluq baxımından E.Reslerin, V.Belkin və A.İvanovskinin indiki Azərbaycan ərazisində əldə etdikləri arxeoloji qazıntılarla eyniyyət təşkil edir.[ii] Bu maddi sübutlar burada Azərbaycan soykökünün qədimliyini göstərir.
Kurqanlardakı arxeoloji nümunələrin 3000 il yaşı olduğu isə dünyanın bütün arxeoloqları tərəfindən təsdiqlənmiş faktdır. Deməli, Ərgün kəndinin Oğuz türkü tərəfindən binələşdirilməsinin tarixini də məhz o dövrlərdə axtarmaq gərəkdir.
