- Tarixi
- IV-V yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bayazid qəzasında yerləşən Basarkeçər rayonundakı Aşağı Zağalı (Ərgüş, – Ərgünkand) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis, Aşağı Zağalı kəndi 12.08.1946-cı ildən–Tsovak (Göllü)
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Aşağı Zağalı qalasının qalıqları 1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasına qədər qalırdı. Daha sonra ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Elə həmin müəllif özünün “Крепости Армении доурартского и урартского периода” kitabının 56-cı səhifəsində göstərir ki, Zağalı qalası öz memarlıq həllinə görə Göyçə gölünün şimal–qərbindəki Ördəkli qalasına bənzəsə də, miqyas etibarı ilə ondan çox böyükdür və bu reallıq Zağalı qalasının daha mühüm əhəmiyyətli müdafiə sistemi olmasına dəlalət edir.[i] Akademik B.Piotrovskinin ortaya qoyduğu tam anlaşılan dildə olan “Arkuniani” toponimi “Ərgün yurdu”, “Ərgün qalası” anlamına gəlir.[ii] Qədim kənd uzun illər güclü qala səbəbi ilə qorunma və inkişaf etmə imkanı əldə edib.
Oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 3000 illik tarixindən söhbət açmağa imkan verir. Qədim keçmişə malik qala qoruma xüsusiyyəti ilə yanaşı kitabə və kurqanları ilə digər qalalardan fərqlənir.
