- Tarixi
- XVII yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Mığrı rayonu Astazur kəndində
- YerləşməHazırkı toponim
Mığrı rayonu –Megri Astazur kəndi–Şvanidzor
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Körpü ermənilər tərəfindən mənimsənilərək, təmir edilib istifadə olunur. Erməni abidəsi kimi təqdim edilir.
- Məlumat
Astazur çayı üzərində yerləşən Astazur körpüsü tək tağlı daş körpüsü yonulmuş iri çay daşlarından inşa edilib. Bölgənin ən böyük körpülərindən biridir. Körpü Azərbaycan və şərq memarlığı üslubunda tikilib. Körpünün alt dəyirmi hissəsi mişar daşları ilə oval–dairəvi qaydada hörülmüşdür. Körpünün hündürlüyü 6–7 metr, uzunluğu 25–30 metr eni isə 3,5–4 metr civarındadır. Sağ üst tərəfdə üstü oval pəncərə mövcuddur. Astazur qala körpüsü təəssüratı bağışlayır. Bu ətrafında qədim dövrdə qalanın olduğuna işarət edir. Ətraf kənd və kəndin örüş yerləri ilə əlaqə yaradan körpü funksiyasını yerinə yetirib.
Ərazilər arasında əlaqələndirmə rolunu oynayan Astazur körpüsü eyni zamanda XVII yüzil Azərbaycan tarixi irsini təmsil etməsi baxımından əhəmiyyətlidir.
