- Tarixi
- E.ə VIII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazet qəzasında yerləşən Qaranlıq rayonundakı Atamxan (Adamxan) kəndində
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu –Martuni, Adamxan kəndi–3.07.1968-ci il dən –Vardadzor
- Təsnifatı
Dekorativ – tətbiqi sənət
- Mövcud vəziyyəti
Atamxan kəndində mövcud olan kitabələr qədim yaşayış yerində azərbaycanlıların qədimi dövrdən yaşadığını təsdiq edən sənəd olduğu üçün ermənilər tərəfindən 1988-ci ildə azərbaycanlıların deportasiyasından sonra tamamilə dağıdılıb.
- Məlumat
Göyçə mahalının, ümumən Qafqazın və bəlkə də dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu kəndin adına ilk dəfə eramızdan əvvəlki VIII əsrin ortalarına aid olduğu elmi cəhətdən tam sübuta yetirilmiş daş kitabədə rast gəlinir. Göyçənin başqa bir kəndində, Kələqıran qalasında aşkarlanmış bu kitabəni erməni tarixçiləri Urartu çarlığı, konkret olaraq “Sardurinin oğlu Rusa”nın adı ilə bağlamağa çalışsalar da, onun 3 ayrı–ayrı alim (Q.A.Kapantsyan, İ.İ.Meşşaninov və B.B.Piotrovski) tərəfindən ekstampaj edilmiş surətlərinin transkripsiyası üsulu ilə əldə olunmuş mətn əsl həqiqətləri tam çılpaqlığı ilə ortaya qoyur. Belə ki, Kələqıran qalasının yerləşdiyi qayalıqda həkk olunmuş mətndə deyilir:[i] “...mən bir yürüşlə iyirmi üç çarı yenərək, özümə tabe etdim. Gölün bir tərəfində dörd çara qalib gəldim, o biri səmtdə 19 qalanı diz çökdürdüm...” 1828-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1828-ci ildən sonra Türkiyədən 169 nəfər erməni köçürülüb.[ii]
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
